Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.
“Report” xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə Belarusun BATE komandası ilə üz-üzə gələcək.
“Borisov Arena”da baş tutacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasındakı ilk matç Belarus klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin aparıcı futbolçularında hesab olunan Dani Kintana zədə səbəbindən bu qarşılaşmada iştirak edə bilməyəcək.
Qeyd edək ki, “Qarabağ” – BATE cütünün qalibi ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV komandası ilə qarşılaşacaq. Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandırarsa, Avropa Liqasının pley-off mərhələsində “Şerif” (Moldova) – “Valür” (İslandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
14 avqust
21:00. BATE (Belarus) – “Qarabağ” (Azərbaycan)
Hakimlər: Andris Treymanis, Haralds Qudermanis, Alekseys Spasyonņikovs, Aleksandrs Qolubevs (hamısı Latviya)
Hakim-inspektor: Françesko Byanki (İsveçrə)
UEFA nümayəndəsi: Giorgos Fantaros (Cənubi Kipr)
Borisov. “Borisov Arena”