Türkiyənin “Qalatasaray” futbol klubu heyətini gücləndirmək üçün Rusiyada futbolçu axtarışını davam etdirir.
Arazinfo.com-un sports.ru-ya istinadən verdiyi xəbərə görə, “Lokomotiv” Moskva ilə Fernandeşi transfer etmək üçün danışıqlar aparan İstanbul klubu rəhbərliyi “Spartak” Moskvanın oyunçusu Ze Luişi də heyətinə qatmaq istəyir. Bununla bağlı “Qalatasaray” nümayəndələri Ze Luişin transferinə görə Rusiya komandasına 10 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər. “Spartak” rəhbərliyi isə Ze Luişin qiymətinin 15 milyon avro olduğunu bildirib.
Xatırladaq ki, bundan əvvəl “Qalatasaray” Ze Luişə görə Moskva klubuna 7,5 milyon avro təklif etmişdi. Hələlik transfer qiyməti ilə bağlı tərəflər arasında sövdələşmə davam edir