Qafqazın bəlası

0
823

           (kitabdan bir parça)

2017-ci ilin tamamına 29 gün qalıb. Havadan şaxta qoxusu gəlir. Yenicə təmirini başa vurduğum 25 kvadratmetrlik otağımda təkbətəkəm. Arxamdakı dəmir sobanın içərisində xısın-xısın yanan mavi qaz otağa ilıx istilik bəxş etsə də, iliyimə işləmiş illərin sazağı məni isinməyə qoymur. Bu sazağın içərisində bir neçə əsrlik erməni vəhşiliyinin izləri də vardır.

Erməni xislətini hiss etmədən böyüsəm də, tələbəlik illərim başdan-başa bu yersiz-yurdsuz, vətənsiz toplumun ürəkyaxan xatirələrindən boylanır. Kirayə qaldığım evin sahibəsindən tutmuş, 1988-ci ildən başlayan erməni vəhşiliklərinin hamısı epizod-epizod beynimdəki neyronlarla qol-boyun olaraq yaşamaqdadır.

1986-cı ildən- Bakı Dövlət Universitetinə qəbul olduqdan sonra daha dərindən anladım ki, bəşəriyyətə üzqarası olan bu toplum yer üzündə türklə düşmənçilik etmək üçün varid olub. Bu düşmənçiliyin səbəbini o zaman tam olaraq anlamırdım. Tədricən oxuduğum tarixi romanlar, elmi-publisistik kitablar mənə bilmədiyim bir çox mətləbləri aşkarladı. Sonrakı illərdə isə erməni vandalizminin canlı şahidi oldum.

Bəlkə də buna görədir ki, bir türk olaraq erməni xalqı deyilən kütləyə patoloji sevgi bəsləyə bilmirəm. Şüurlu insan olaraq hələ də özüm üçün aydınlaşdıra bilməmişəm ki, dünyanın ən səfalı və ən münbit bölgəsi olan Cənubi Qafqazda ulu tanrı nədən az sayda da olsa erməni xəlq edib? Hərdən onu da düşünürəm ki, erməni adlanan toplum Fransanın, Amerikanın ərazisində kütləvi şəkildə yaşasaydılar, o zaman nələr baş verərdi? Bu toplumun nazını fransızlar, amerikalılar bizim qədər çəkərdilərmi?.. Bu kimi cavabı müşkül olan sualların ətrafında baş sındırmaqdan bezərək qərara gəldim ki, erməni vəhşiliyini və məkrini çılpaqlığıyla açıb göstərən bir kitab ərsəyə gətirim. Beynimdə dolandırdığım bu fikri neçə illər idi ki, özümlə gəzdirirdim. Nəhayət, illər öncə arxiv materiallarını toplamağa başladım. Nəticədə oxumağa başladığınız bu kitab dünyaya gəldi.

                                              ***

Hələ 1991-ci ildə, o zaman”Vətən səsi” adında işıq görən qəzetdə ermənilərdən bəhs edən bir məqalə oxumuşdum. Bu kitabı hazırlamağa başlayarkən həmin məqalə yadıma düşdü. Uzun axtarışdan sonra yaddaşıma əbədi həkk olmuş həmin məqaləni tapdım.

26 ildən sonra – “Tarixdən bu günə erməni məsələsi (ermənistan və ermənilər)” məqaləsi ( Vətən səsi qəzeti, 5 sentyabr 1991-ci il,№34(70)) ilə üz-üzə dayanmışam. Məqalə türk yazar Camal Gəmiçiyə məxsusdur. “Vətən səsi” qəzetinin redaksiyasına bu məqaləni İsmayıl Umudlu adlı qeyrətli soydaşımız təqdim edib. Hörmətli İsmayıl bəy də öz növbəsində həmin məqaləni Türkiyə Cümhuriyyətində nəşr olunan “ Bizim ocaq” jurnalından ( 71-ci sayından ) götürmüşdür.

Adını qeyd etdiyim məqalənin tarixi əhəmiyyətini və bugünkü aktuallığını nəzərə alıb olduğu kimi siz dəyərli oxucularımın diqqətinə çatdırmağı vacib bilirəm:

“Qədim dövrlərdə Anadolu torpaqlarında heç bir millətlə əlaqəsi olmayan coğrafi bölgə adları vardır və o bölgələrdə yaşamış olanlar bölgənin adı ilə anılmırlar. Kiligiya, Kapadokiya belə yerlərdəndir. Bu adlarla tanınan millətlər mövcud deyildir.

“Ermənistan” adının da bunlar kimi coğrafi bölgə adı olduğu bir çox qaynaqlarda yer almışdır. Ermənilərin öz ellərini əsasən “Hayk” adlandırdığı və ölkələrinə “ Hayastan” dedikləri bir halda, onların yaşadığı torpaqlara nə səbəbdən “Ermənistan” deyilmiş olduğu haqqında qaynaqlarda sənədləşdirilmiş hər hansı bir qeyd yoxdur. Bəzi əski erməni tarixçiləri, məsələn, xorenli Moisey erməniləri urartulular olaraq görüb, “Ermənistan” adının da Urartu Kralı Aramudan gəldiyini irəli sürmüşsələr də, bu gün erməni tarixçiləri bu yapışdırmanı bir kənara atmışlar. Urartu mədəniyyəti və urartular ilə ermənilər arasında bir əlaqə olmadığını qəbul etmişlər.

Bu mövzuda Toynbi, Qatteyrias, Jak de Morqan, Makler, Pasdırmaçıyan, Nalbəndyan, Hovanisyan, Qrusse, Lanq və çox qədimlərdə Heredot kimi tarixçi və araşdırmaçılar çeşidli fikirlər irəli sürmüşlər. Biz burada bu görüşlərin nəticələrini dəyərləndirməklə kifayətlənəcəyik.

Biz bu barədə ümumi bir nəticə olaraq deyə bilərik ki, tarixin çox qədim dövrlərindən bəri bəlirli bir bölgə Ermənistan adıyla tanınmışdır. Bizim “erməni” – deyə adlandırdığımız əhali bu bölgəyə Qərbdən gəlmişdir. Gəliş tarixləri ən erkəni miladdan öncə VI əsr ola bilər. Bununla bərabər miladdan öncə VI əsrin əvvəllərinə qədər gəlməmiş də ola bilərlər. Bu xüsus qaranlıqdır.

Konkret olaraq bilinən Böyük İsgəndərin Anadolu səfəri zamanı (m.ö. 331-ci il) ermənilərin artıq o bölgədə bulunduqlarıdır. Ancaq müstəqillikləri söz-söhbət mövzusu deyildir. O zaman bir İran şəhərində cəm şəkildə yaşamaqda imişlər.

Tarixdə ilk türk-erməni münasibətlərinin əsası 1018-ci ildə Səlcuqlular tərəfindən qoyulmuş və aşağı-yuxarı 300 il davam etmişdir.

Bizans hakimiyyətindəki Anadoluda meydana gələn Səlcuqlu fəth və yerləşmə hərəkatlarından öncə Qara dənizin şərq sahillərini əhatə edən Gürcüstan və Armeniya ( İran gölü ilə Batum arası ) məmləkətləri, Gəncə, Dovin, Naxçıvan, Dübeyl, Tiflis, Təbriz və Xoy kimi müsəlman əmirlıklərin hakimiyyətləri altındakı şəhər və ətrafları xaricində Bizans imperatorluğuna tabe erməni Baqratuni xanədanın idarəçiliyində idi.

Hələ Səlcuqlu dövləti qurulmamışdan öncə, 1015-1021-ci illərdə Səlcuqlu başquğlarından Sultan Alparslanın babası Çağrı bəyin ilk Səlcuqlu-erməni əlaqələrini əmələ gətirən Şərqi Anadoluya etdiyi kəşfiyyat səfəri zamanı ermənilər və gürcülər Bizansla ciddi bir anlaşmazlıq içində bulunurdular. O zamana qədər heç bir vaxt türk əsgəri görməmiş olan ermənilər, erməni qaynaqlarında deyildiyi kimi “mızraq, ox və yaydan silahları çəkili olan beli kəmərli, qadınlarınkına bənzəyən uzun və hörüklü saçları, rüzgar kimi uçan türk atlıları” qarşısında qorxu və dəhşətə qapılmışdılar.

Bizans imperatorları məzhəb ayrılığı xaricində müstəqil bir dövlət olmaq məqsədi ilə Şərqdəki müsəlman əmirliklərlə əməkdaşlığa girişərək zaman-zaman ciddi üsyanlara qalxan ermənilərə qarşı hərbi əməliyyatlara girişmişlər. Raspurakan və Armeniyadakı erməni krallıqlarını ilhalq etməkdən əlavə, talqını da Orta Anadolu və Kilikiyaya sürmüşlər. Beləliklə, tarixdə ən böyük erməni mühacirəti həyata keçirilmişdir.

Haqqında söhbət gedən mühacirət səbəbilə səlcuqluların Anadoluda fəth və yurdtutma fəaliyyətlərinə başladıqları zamanlarda Şərqi Anadoluda hər hansı bir erməni siyasi quruluşu mövcud deyildi.

Ermənilər Türkiyə səlcuqları zamanında müstəqil bir dövlət olmaq məqsədi ilə Səlcuqlu hakimiyyətinin hər hansı biçimdə zəiflədiyi və dolayısı ilə böhran və anarxiya içində olduğu sıralarda aralarında tarixi kin və düşmənçiliyin mövcud olmasına baxmayaraq, Bizansla, daha sonralar səlibçilər və monqollarla əməkdaşlığa başlayaraq tabe olduqları Türkiyə Səlcuqlu dövlətinə qarşı çox dəfə uğursuzluqla nəticələnən üsyan hərəkətlərinə baş vurmuşdular.

Ermənilər Osmanlı dövləti daxilində normal və heç bir şəkildə şikayət mövzusu təşkil etməyən bir həyat sürməkdə idilər. Katalikosluğun və çoxlu ermənilərin yerləşməsindən sonra İstanbul zaman keçdikcə dini və milli həyatlarının mərkəzi halına gəlmiş, XIX əsrin əvvəllərində şəhərin erməni əhalisi 150000-ə yaxınlaşaraq, ən qələbəlik erməni yığnağı olmuşdur. Öz halında yaşayan bu cəmiyyətlə maraqlanan hər hansı bir dövlət də mövcud deyildi. Osmanlı dövləti zamanı Mehmed Fatehin 1461-ci ildə Bursadakı erməni yepiskopu Hovagini İstanbula gətirərək, ona erməni katalikosu ünvanı verməsi məlumdur.

1863-cü ildə “Erməni milləti nizamnaməsi” adında məclis fəaliyyətə başladı. 140 təmsilçidən formalaşan məclisin 20 üzvü İstanbul ruhaniləri arasından, 40-ı kənardan, 80-ni İstanbuldan seçilmişdi. İlk ermənicə qəzet 1859-cu ildə çıxdı. “Erməni milləti nizamnaməsi” ortaya çıxdıqdan sonra qəzetlər çoxaldı. 1839-1866-cı illər arasında İstanbulda gündəlik qəzetlərin sayı 14-ə çatdı. Ən uzaq əyalət olan Vanda belə qəzet çıxmağa başladı. İstanbulda XVII əsrdə kitablar nəşr edilirdi. Marseldə qurulmuş olan bir erməni mətbəsi XIV Luis tərəfindən bağlandığı bir halda, Osmanlı dövlətindəki mətbuat azadlığından heç bir şikayət yox idi.

                         Erməni məsələsini hazırlayan səbəblər

1.Erməni kilsəsi: Əslində erməni millətindən, erməni dövlətindən, erməni tarixindən deyil, erməni kilsə dövlətindən bəhs etmək lazımdır. Erməni kilsəsi öz mvcudiyyətini qoruya bilməsi üçün güclü bir dövlətə ehtiyacı olmuşdur. Erməni dövləti fikrini doğuran erməni milləti deyil, erməni kilsəsidir.

Başda protestant katolik, anqlikan və ortodoks kilsələri olmaq üzrə digər kilsələr erməni kilsəsini özlərinə bağlamamışdan öncə, fərdləri öz tərəflərinə çəkmək yolunu seçmişdilər. Yunan kilsəsinə qatılanlar Bizansın içində yaşadıqları üçün yunanlaşmış, silinib getmişlər. Katolik və protestant kilsəsinə qatılanlar isə xüsusən Osmanlı dövləti içində ayrıca cəmiyyətlər halına gəlmiş, ayrı bir kilsəyə bağlanma səbəbi ilə ermənilər daxilində ciddi toqquşmalara yol açmışdır.Fərdlərin başqa kilsələrə, xüsusən protestant kilsəsinə qatılmaları vasitəsilə olmuşdur. Erməni məsələsinin doğuluşunda misyonerlərin oynadığı rol Qriqoryan kilsəsi kimi olmasa da, ona yaxın olmuşdur.

2.Din amili: Ümumilikdə müsəlmanlığa və müsəlman olduğu üçün də türklərə qarşı işləyən bu din amili Osmanlı dövləti daxilində bir “erməni məsələsinin” ortaya çıxmasında ən böyük rolu oynamışdır.

Erməni kilsəsi bu din amilindən çox rahatlıqla istifadə etmışdir. Müstəqil və ya azından muxtar bir Ermənistan vədi ilə şirnikləndirilən erməni kilsəsi Osmanlı dövləti üzərində oynanan oyunlarda rahatlıqla alət olmuşdur.

3.Misyoner fəaliyyəti: Türkiyəyə gələn ilk protestant misyonerlərin “Britis and Forin Bible Sosaeti”yə mənsub olduqları və bu təşkilatın 1804-cü ildə qurulmasından sonra İzmirdən Anadolunun içərilərinə misyonerlər yollamağa başladığı bilinməkdədir.

Amerikalı misyonerlər isə 1819-cu ildən etibarən Türkiyəyə gəlməyə başlamışlar. 1832-ci ildə onların İstanbulda mərkəzi yaradılmışdır. Başlanğıcda misyonerlərin çalışma sahələri müsəlmanlara və Şərq kilsəsinə istiqamət olmaq üzrə iki cəbhəli olmuşdur. Yəhudilər üzərində də iş aparmış, lakin müvəffəqiyyət qazana bilməmişlər.

4.Təbliğat: Türklərin ən zəif olduqları sahələrdən biri təbliğat işidir. Bu, Osmanlı dövlətində beləydi. Türklər yazılara, yalan iddialara cavab verməyə çalışmaqdan yan keçməklə passivlik nümayiş etdirmişlər. Bu cür davranış isə türklərin daima günahkar vəziyyətdə göstərilə bilməsi üçün qarşı tərəfə çox böyük rahatlıq və hərəkət sərbəstliyi vermişdir.

Nəticə: Hadisələri həzm edə-edə keçən illər… 1915-ci ilə aid soyqırım iddiaları… Hınçaq və Daşnak komitələri… Diplomatlarımıza, insanlarımıza qarşı yönəlmiş terror əməlləri… Lobbi fəaliyyəti… At gözlüyü taxmış Qərb… İki fövqəldövlətin ortaq düşündüyü nadir mövzulardan biri… 2 dekabr 1920-ci ildə Türkiyə ilə Sovetlər Birliyi arasında imzalanan sülh müqaviləsinə qədər davam edən Türkiyə Ermənistanı xülyası… 5 dekabr 1936-cı ildə dağılan Zaqafqaziya Federasiyası… Buna uyğun müstəqil erməni cümhuriyyəti… diktator Stalinin məlum siyasəti nəticəsində problem olan muxtar Dağlıq Qarabağ bölgəsi… 1988-ci ildə başlayan toqquşmalar… Sovetlər Birliyinin Ankara səfiri Çernışevin təsdiq etdiyi erməni həyasızlığı… Həmin il Fransanın ciddi qəzetlərindən “Mond”un : “Əsrin başlanğıcında Anadoludakı türkləri qırmaq üçün ermənilərə yandırılan yaşıl işıq Qərbi Ermənistanın yox edilməsinə səbəb olmuşdur. İndi eyni şərtlərlə Azərbaycan türklərinə iddiaları Şərqi Ermənistanın da sonunu gətirməyəcəkmi?”

                                                  ***

Ermənilərin Qarabağ iddiasının arxasında xəstə təxəyyüldən doğan tarixi saxtakarlıq dayanır. Bunu bizlər yaxşı bilirik, ancaq az qalır iki yüz il tamam olsun ki, Qafqazın başına bəla olan erməni toplumuna anlada bilmirik. Hələ 1989-cu ildə o zaman Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun direktoru vəzifəsində işləyən, akademiyanın müxbir üzvü İqrar Əliyevlə o zamankı “Kommunist” qəzetinin ( №133(20901)) əməkdaşları bir müsahibə dərc etmişlər. Hörmətli tarixçi alim İ.Əliyev “Ağa qara deməzlər” sərlövhəli müsahibəsində Dağlıq Qarabağın ermənilərə aid olmadığını faktlarla sübut etməyə çalışmışdır. Təəssüf ki, beyinləri yalanla, riyayla, məkrlə dolub daşan erməni toplumu bu müsahibədən nəticə çıxarmayaraq, tutuquşu kimi dediklərindən dönmədilər…

Həmin müsahibəni kitabıma daxil etməklə düşünürəm ki, bəlkə bir erməninin belə xəstə beyninə şəfa verə bildim:

“…Zaqafqaziya xalqlarının tarixini saxtalaşdırma son illərin yox, on illər bundan əvvəlin məhsuludur. Həm də bu xoşagəlməz işə Ermənistanın bəzi tarixçiləri deyil, ədəbiyyat və incəsənət xadimlərinin də, publisistlərinin də böyük bir qismi bərk girişmişlər. Yəqin ki, oxucular Sero Xanzadyanın, Silva Kaputikyanın, Leonid Qurunsun, Baqrat Ulubabyanın, Gevork Eminin, Suren Ayvazyanın, Zori Balayanın yazılarından xəbərdardırlar. Hətta teatr tamaşalarında və kinofilmlərdə erməni “tarix həvəskarları” ən qədim dövrlərə baş vurur, arzu elədiklərini həqiqət kimi qələmə verməyə çalışırlar.

Məqsədləri də budur ki, Ermənistan ən qədim dövlətdir, Zaqafqaziyanın, (xüsusən azərbaycan SSR-in) demək olar ki, müəyyən hissəsi vaxtl ilə “Böyük Ermənistan” ərazisi olub. Onlar öz fikirlərini inadla, hətta dəliliyə çatan bir inadkarlıqla davam etdirir, köksüz-rişəsiz alaq otları kimi nəinki öz respublika mətbuatında, kino və televizor ekranlarında, hətta mərkəzi mətbuatda, Moskva və Leninqrad( Sanktpeterburq) studiyalarında, Pribaltika respublikaları dəzetlərində daha geniş kütlənin diqqətini cəlb edirlər.

Mən  indi ayrı-ayrı əsərləri sadalamaq istəmirəm. Ancaq bir şeyi qeyd etməyi borc bilirəm ki, Ermənistanı “böyük etmək” əsl siyasətə çevrilmişdir. Həm də bu siyasət Avropa ölkələrində və ABŞ-da sığınacaq tapıb varlanmış keçmiş daşnak tör-töküntüləri və onların övladları tərəfindən maliyyələşdirilir. “Dənizdən dənizədək böyük Ermənistan”ın xəritəsi və geniş təsviri Ermənistanda buraxılan dərsliklərə düşüb. “Böyük Ermənistan” ideologiyası, demək olar ki, bağça yaşından uşaqlara təlqin edilir.

Məlumdur ki, informasiya axınının sərhəd bilmədiyi bizim zamanda heç bir kəlmə, heç bir xəritə sirli qalmır. Tarix elə bir elmdir ki, saxta əlavələr tez üzə çıxır. Bəri başdan deyim ki, əsəbiləşənlərdən biri də mən özüməm. Çünki ciddi elm hər kəsdən ciddiyyət tələb edir.

Bəli, nəinki Ermənistan, Albaniya, yaxud Gürcüstan, bütün Yaxın Şərq tarix və tarixçilik üçün beşik sayılır. Tarix elminin atası adlandırılan və eramızdan əvvəl beşinci əsrdə yaşamış Herodotun kitabı da yaxın Şərqdən, skiflərdən, İran şahlarından söhbət açır. Bu mənada Yaxın Şərqdə torpağın üstü də, altı da əsl tarix muzeyidir. İran-İraq müharibəsi gedəndə mən göyləri köməyə çağırırdım ki, bu vandalizmə son qoyulsun, tarixi abidələr məhv olmasın.

Tarixdən az-çox xəbəri olanlar yaxşı bilirlər ki, Böyük Ermənistan çarlığı sələvkilərin zəif düşməsindəın sonra çox qısa müddətdə yaşamışdır. Sonra Roma qoşunları tərəfindən məğlub edilmiş, “dənizdən-dənizə” hökmranlığına da son qoyulmuşdur. Ermənistan Haxamanisi (Əhəmənisi) sülaləsi dövründə satraplıqlardan biri olmuşdur. Sonra yunanların,parfiyalıların, romalıların, sasanilərin və ərəblərin itaəti altına düşmüşdür. Qədim dövr barədə tarixi həqiqət belədir. 

Bir halda ki, bütün hiylə Dağlıq Qarabağın üstündədir, mən də konkret olaraqtarixin bu səhifəsinin üstündə daha çox duracağam. Dağlıq Qarabağın tarixi çox qədimlərə gedir. Təxminən üç min il bundan əvvəl urartulular bu gözəl diyarı işğal etməyə cəhd etmişlər. Sonra Midiya və Haxamanisi dövrü başlanıb, bütün Zaqafqaziya, o cümlədən Qarabağ midiyalıların və iranlıların hakimiyyəti altına düşüb. Herodotun yazdığına görə iranlıların hökmranlığı Qafqaz dağlarına qədər çatırdı. O vaxt İranın Zaqafqaziyadakı satraplıqlarından birində albanlar yaşayırdılar.

Qətiyyətlə demək olar ki, Artsaq erməni sözü deyil. Son vaxtlar erməni “tarixçiləri” Artsaq sözünü Qarabağın adlarından biri kimi tez-tez işlədirlər. Keçən il (1988-ci il,-Ş.A.) Yerevanda nəşr olunmuş “Tarixi arayış”dakı Artsaqın guya “Erivandi Ermənistanı” tərkibində olması iddiası tam əsassızdır. Heç sonralar da Artsaq Ermənistan çarlığı tərkibinə daxil olmamışdır. Belə olsaydı İranın midiyalı satrapı Atropat Kür-Tərtər hövzəsində yaşayan sakesinlərə də sərkərdəlik edə bilməzdi. Tarixdən məlumdur ki, Qavqamel döyüşündə sərkərdə Atropatın ordusunda kadusilər, albanlar və sakesinlər də olmuşlar.

Ermənistanlı müəlliflər son vaxtlar əsassız və qeyri-elmi bir iddia irəli sürürlər ki, guya bu torpağın və dağların doğma övladları məhz ermənilərdir. Əvvəla, daha güclü tayfaların daimi hücumları nəticəsində xalqlar arasında böyük yerdəyişmələr baş verib. Ona görə də “mən əbədiyəm, sən gəlmə” iddiaları ən azı nadanlıqdır. Mən əfsanəyə yaxın tarixçiliyə getmirəm.Herodot “Tarix” kitabında yazır ki, ermənilər “erməni yaylası” adlanan sahənin qərbində yaşayırlar ( yəni müasir Ermənistan SSR-dən xeyli uzaq ). “Erməni tarixçilərinin babası” Movses Xorenatsi də təsdiq edir ki, Aranın bütün düzlərində və dağlarında Alban tayfaları olan utilər,sodlar, qarqarlar, qardmanlar yaşamışlar. Şəksizdir ki, indiki düzən və dağlıq Qarabağ nəzərdə tutulmuşdur. Ona görə də işğalçılıq nəticəsində qısa müddətə “Böyük Ermənistan” tərkibinə düşməyi indi “tarixi erməni torpağıdır” kimi qiymətləndirmək çox kobud təhrifçilikdir.

Mən tarixi bir həqiqəti deməyə məcburam ki, Albaniya çarlığı müəyyən dövrlərdə erməni çarlığından daha səlahiyyətli olmuşdur. Çünki Albaniya parçalanmamış, Ermənistan isə əsrlər boyu İran və Roma-Bizans dövlətləri arasında bölünmüşdür. İlkin orta əsrlərdə Ermənistan çarlığına birdəfəlik son qoyulmuşdur.

Son illər vaxtilə ərəblərin “Ərminiyə torpağı” adlandırdıqları yerləri xəritəyə alıb, “bax, bu da bir sübut” deyənlər də saxtakarlıq edirlər. Yuxarıda dediyim kimi, ərəb istilası vaxtı Ermənistan çarlığı bir siyasi quruluş kimi olmayıb ki, onu rəsmən tanısınlar. Bu, məlum həqiqətdir. O da məlumdur ki, ərəblər dinə qarşı mübarizə apardıqlarına görə torpaqları dini mənsubiyyətə görə fərqləndiriblər.

Yeri gəlmişkən deyim ki, erməni, alban və gürcü çarlıqları xristian dinini bir vaxtda-IV əsrin əvvəlində qəbul etmişlər. Xosrov Ənuşirvanın hakimiyyəti dövründə isə ermənilər dində monofizitliyi (İsanı ancaq allah şəklində görməyi) qəbul etdikləri üçün diofizit alban katolikosluğu onlarla daim dini rəqabətdə olmuşdur. Onların kilsə və qəbirüstü xaçları da bir-birindən fərqlənmişdir. Məhz ərəblərin köməyi ilə albanlar da monofizitliyi qəbul etməyə məcbur edilmişlər. Buna baxmayaraq alban və erməni kilsələri arasında rəqabət XIX əsrə qədər-yəni alban kilsəsi erməni katolikosluğunun tələbi ilə ləğv edilənədək kəsilməmişdir…

…Qaldı orta əsrlər və sonrakı dövr, xoşbəxtlikdən həmin dövrü çox saxtalaşdırmaq olmur. Çünki daha yaxındır. Bu dövrdə qüdrətli Azərbaycan atabəyləri, tatar və monqol istilaçıları, səlcuqlar, Ağqoyunlu və Qaraqoyunlu dövlətləri, Səfəvilər sülaləsi nəinki Zaqafqaziyaya , demək olar ki, Yaxın Şərqin xeyli hissəsinə hökmranlıq etmişlər.

Sonrakı dövrlər isə mətbuat səhifələrində və tarix kitablarında geniş açıqlanmışdır. Ancaq bir faktı xüsusi qeyd etmək istərdim ki, indiki Dağlıq Qarabağda ermənilərin sayca azərbaycanlılardan çox olması XIX əsrin, yəni Rusiya-İran müharibələri bitəndən sonra İranda və qismən Türkiyədə yaşayan on minlərlə erməninin Qarabağa köçürülməsinin nəticəsidir. Məşhur erməni akademikləri İ.Orbelini və S.Usremyanın, həmçinin digər alimlərin dəqiq elmi araşdırmaları-Qarabağ erməni əhalisinin diş sisteminin analizi göstərmişdir ki, əsl ermənilər bu əraziyə gəlmədirlər. Müasir Qarabağ erməniləri isə albanlardan dönmədirlər.

Sözümü burada bitirmək istəyirəm ki, Dağlıq Qarabağın Ermənistanın olması haqqında iddialar nəinki səhv, həm də çox-çox ziyanlıdır. Bu, adicə söz güləşdirməsi deyil, tarixi saxtalaşdırmaq, odla oynamaq deməkdir. Çünki belə saxtakarlığın ardında hökmən qərəzli siyasi məqsəd durur. Erməni ekstremistlərinin isə məqsədi bizə, həm də hamıya məlumdur. Onlar naşı adamları çaşdırmaqla, özlərini zərərdidə, əzabkeş göstərməklə qonşu torpaqlarına sahib çıxmaq istəyirlər. Əvvəla, xüsusən indiki sovet quruluşu, müxtəlif xalqların qardaşlıq ittifaqı şəraitində qonşunu torpaq iddiası ilə meydana çağırmaq ağılsızlıqdır. İkincisi, nə Dağlıq qarabağ, nə də Naxçıvan heç vaxt Ermənistanın olmayıb. Üçüncüsü və ən acınacaqlısı budur ki, “Böyük Ermənistan” həvəsi bütöv bir xalqın xeyli hissəsini havalandırmışdır. Onlar Gürcüstana da torpaq iddiaları irəli sürürlər. Hələ keçən əsrdə erməni tarixçilərinin bir qismi bədnam “Böyük Ermənistan”ın şimal sərhəddini az qala Rostova və Voronejə qədər çatdırıblar. İştah diş altındadır, deyiblər, daha deməyiblər ki, dişə gəlməyən şeyləri də, daşı-dərəni də yeyəsən.

Xalqın ən böyük qazancı özgə torpağını zorla mənimsəmək yox, dost qazanmaqdır. Bizim dostluğumuz isə tarix boyu sınaqlardan üzü ağ çıxıb. Bir göyün altında, bir torpağın üstündə yaşamışıq; bir bulağın suyundan içərək, yadelli işğalçılara qarşı birgə mübarizə apararaq yaxşı qonşuluğumuzu qorumuşuq. Yenə də qorumalıyıq. Bunu təkcə keçmişimiz və bu günümüz yox, gələcəyimiz tələb edir”.

                                                    ***

Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsində ermənilərin toplum halında yerləşməsinin tarixinə keçməzdən əvvəl Muxtar Vilayət statusunun verilməsinə toxunmaq istərdim. “Kommunist” qəzetinin 14 iyul 1988 –ci il tarixli sayında işıq üzü görmüş “Beynəlmiləlçilik mövqeyindən” sərlövhəli məqaləsində oxuyuruq:

-1923-cü il iyulun 7-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkil edilməsi haqqında” Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan SSR-in muxtar vilayəti kimi Dağliq Qarabağın statusu qanunvericilik yolu ilə təsbit olundu.

Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi qərara aldı: “Dağlıq Qarabağın erməni hissəsindən mərkəzi Xankəndi qəsəbəsi olmaqla Azərbaycan SSR-nin tərkib hissəsi kimi muxtar vilayət təşkil edilsin”.

Az sonra ( 1923-cü ilin sentyabrında ) Stepan Şaumyanın və digər Bakı Komissarlarının xatirəsi          şərəfinə Qarabağ Vilayət Partiya Komitəsinin qərarı ilə Xankəndi Stepanakert şəhəri adlandırıldı…

… Azərbaycan KP və respublika hökuməti tərəfindən həyata keçirilən tədbirlər 1923-cü ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetlərinin birinci ( təsis ) qurultayını çağırmağa imkan verdi. Qurultayda muxtar vilayətin mərkəzi icraiyyə komitəsi seçildi.

1924-cü ilin noyabrında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin ( MİK ) Rəyasət Heyəti “ Dağlıq Qarabağ Muxtar Vilayəti” haqqında əsasnaməni təsdiq etdi. Əsasnamədə göstərilirdi ki, DQMV Azərbaycan SSR-in tərkib hissəsidir.

Bundan öncə isə-noyabrın 30-da Azərbaycan K(b) P MK Siyasi Bürosunun və Təşkilat Bürosunun birləşmiş iclası keçirildi. İclasın qərarında N.Nərimanova tapşırıldı ki, Azərbaycan Sovet hökumətinin bəyannaməsini tərtib və elan etsin. Elə oradaca həmin siyasi sənədin aşağıdakı əsas müddəaları ifadə olundu: “Göstərilsin ki, Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd yoxdur…”

Azərbaycanlı bolşeviklərin sərhəd məsələsində bu qədər “ürəyiyumşaq” olmalarına rəğmən ermənilər türk ərazilərini ələ keçirmək üçün alışıb yanırdılar. 1924-cü ilə qədər-hələ 1918-ci ildə Osmanlı Dövlətinin zəifləməsindən yararlanmağa çalışan ermənilər Anadolu torpaqlarına soxulmağı bacarmışdılar. Zaman-zaman olduğu kimi, bu dəfə də qəhrəman turk əsgərləri onların burunlarını ovub geri oturtmuş və nəticədə “ Gümrü müqaviləsi” bağlanmışdı.

  “Gümrü müqaviləsi” bağlanmamışdan əvvəl 1920-ci ilin oktyabrında Gümrü döyüşü baş  vermişdi. Qonşunun çətin məqamından, ağır günlərindən istifadə etməyi “qəhrəmanlıq” sanan erməni quldurları I Dünya Müharibəsindən sonra küncə sıxışdırılmış Osmanlı Dövlətinin durumundan acımasızcasına istifadə edərək planlı şəkildə türklərin yaşadığı kənd və qəsəbələrə basqınlar həyata keçirirdilər. Yaşlıya, cavana, qadına rəhm etmədən qətlə yetirdikləri  türklərin varidatlarına sahiblənməklə düşünürdülər ki, vəhşiliklərini sona qədər sürdürə biləcəklər. Onlar o dərəcədə azğınlaşmışdılar ki, hətta Qars kimi qədim türk şəhərini belə işğal etməkdən çəkinmədilər. Baş verənləri səbrlə izləyən Osmanlı dövləti nəhayət ki, erməni vəhşiliyini durdurmağa qərar verdi…

Bir məsələni xüsusi vurğulayaq ki, bu dönəmdə ermənilər Azərbaycan ərazilərinin hesabına Ermənistan Demokratik Respublıkası adında işğalçı bir dövlət qurmuşdular. Lakin onlar demokrat cildində əfi ilan idilər…

… 1920-ci il, oktyabr ayının 24-də Kazım Qarabəkir Paşanın komandanlığı altındakı Türk Ordusu Qarsa hücuma keçdi. Mühasirəyə alınmış erməni quldurları duruş gətirə bilmədilər və oktyabrın 30-da Qarsı boşaltmağa  məcbur oldular.

Oktyabrın 31-də Türk Ordusu Qarsa daxil oldu və Qars-Gümrü istiqamətində hərəkətə başladı. “ Asta qaçan namərddir “ prinsipini həyat tərzinə çevirmiş erməni silahlı quldurları arxalarındakı Türk əsgərlərini gördükdə qaçıb canlarını qurtarmağa çalışdılar. Noyabrın 4-də Şahnalar bölgəsində darmadağına məruz qalan əsgər qiyafəsindəki erməni cəlladları Arpaçaya qədər geri çəkilmək məcburiyyətində qaldılar.

Türk əsgərlərinin ayaqları altında qalaraq cəhənnəmə vasil olan erməni cəlladları gördülər ki, heç vaxt özlərinki olmamış saxta erməni əraziləri hər ötən gün əsl sahiblərinin nəzarətinə keçir, vaxt udmaq üçün noyabrın 6-da sülh danışıqlarına başlamağa hazır olduqlarını bəyan etdilər. Lakin Şərq Cəbhəsi komandanı Kazım Qarabəkir Paşa bu təklifi qəbul etməyərək, uğurunu davam etdirdi. Noyabrın 7-də qədim Azərbaycan ərazisi olan Gümrü qardaş Türk əsgərlərinin nəzarətinə keçdi.

Bundan sonra Kazım Qarabəkir Paşanın göstərişi ilə noyabr ayının 22-də sülh danışıqları başlandı.Paşa istəklərinin qeyd-şərtsiz qəbul olunacağı təqdirdə sülh danışıqlarını davam etdirəcəyini bildirdi…

Şahin Aydəmir

Araşdırmaçı yazar

BIR CAVAB BURAXIN