Qadınlara ərlərinin telefonuna baxmaq qadağan edildi

0
632
 

Misirin “Darül-Fitva” tədris mərkəzinin müftisi şeyx Amru Vardani qadının öz həyat yoldaşının telefonuna icazəsiz baxmasının haram olduğunu bildirib.

Yerli mətbuatın yazdığına görə, tanınmış müfti bildirib ki, qadının öz ərinin telefonunu “təftiş etməsi” haramdır və qəbuledilməz addımdır.

A.Vardani qeyd edib ki, bu addım bir çox ailələrin dağılmasına səbəb olduğu üçün müvafiq fitvanı verib.

Müftinin bu bəyanatı Misirdə qadınlar tərəfindən etirazla, kişilər tərəfindən isə alqışla qarşılanıb.

BIR CAVAB BURAXIN