Rusiyada 23 yaşlı qadın polis zabiti, Baş leytenant K özünün 3 həmkarı tərəfindən zorlanıb.
Arazinfo.com-un ren.tv-yə istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 30-da gecə Ufada baş verib. 3 sərxoş polis zabiti özləri ilə bərabər xidmətdə olan 23 yaşlı zabit qadın həmkarını yanlarına çağıraraq səhərə kimi onu zorlayıblar. Zorlanan qadın yüksək vəzifəli güc nazirliyi əməkdaşının qızıdır. Baş verən hadisə ilə bağlı 50, 51 və 34 yaşlı polis zabitləri həbs ediliblər.
Öz növbəsində Rusiya Daxili işlər nazirliyindən bildiriblər ki, hər üç zabit ağır şəkildə cəzalandırılacaqlar.
rentv