Qadın hüquqları uğrunda mübariz – Simone de Bouvar

0
820
2/1968-Paris, France: Simone De Beauvoir in a head and shoulders shot.

 

Elə filosoflar var ki, onlar qısa zamanda özlərini filosof kimi cəmiyyətdə tanıda, anadan filosof olaraq doğulduqlarını sübut edə bilirlər. Elə filosoflar da var ki, özlərini cəmiyyətə sübut etmək üçün illərlə tər tökməli olurlar. Simone de Bouvar da özünü fəlsəfə aləmində tədricən tanıdanlardandır. O həyatı boyu qadın üzərindəki zülm və istibdadın aradan qaldırılması uğrunda mübarizə apardı. O qadınları modern dünyanın mərkəzinə çəkərək bəşəri inkişafı onlarsız təsəvvür etmənin mümkün olmadığını sübuta yetirdi.

Simone 1908-ci ildə Parisdə burjua ailəsində anadan olub. Atası vəkil, anası isə dindar ev qadını idi. Ona görə də ər-arvad Bouvarlar uşaq yaşlarından qızlarını olduqca sərt dini qaydalar əsasında tərbiyə etdilər və onun xüsusilə dini yöndən tərbiyə olunması ilə ciddi məşğul oldular.

Katoliklərə məxsus xüsusi dini məktəbdə təhsil alan Simone oranı bitirdikdən sonra Sorbonna universiterinə daxil oldu. O burada fəlsəfə və ədəbiyyatı öyrənməyə başladı. 21 yaşında olarkən artıq universitetdə hamı tərəfindən tanınırdı. Belə ki, imtahanlarda ən yüksək bal toplayaraq ikinci olmuşdu. Hara gedirdisə məntiqli danışığı ilə ətraındakıları özünə məftun edirdi. Amma onun həyatında ən ciddi dəyişiklik gözlənilmədən baş verdi. Tale onu gələcəyin tanınmış simalarından olacaq gənc və enerjili Jan Pol Sartrla üz-üzə gətirdi.

Gənc yaşlarından Jan Pol Sartrla tanış olması isə onun həyatını başdan ayağa dəyişdirdi. Qeyd edək ki, o ilk dəfə Sartrla universitetdə imtahan verdiyi zaman tanış olmuşdu . İmtahan zamanı kimin daha yüksək bal toplayacağına və bir sözlə universitet birincisinin kim olacağına aydınlıq gətirilməli idi. İmtahan götürən müəllimlər Simonenin biliyini yüksək qiymətləndirsələr də birinci yeri Sartra vermişdilər. Çünki Sartr, Simone ilə müqayisədə kişi idi və incə məxluqdan fərqli olaraq onun fəlsəfi sahədə yaradıcılıqla məşğul olma imkanları daha geniş idi. Amma onun Sartrla rəqib kimi ilk tanışlığı həyatında özünəmxsus bir iz buraxdı. Müəllimləri ilə müqayisədə gənc Jan Simonenin yaradıcı enerjisini görə və onu lazimi istiqamətə yönəldə bildi. Gənc Sartr Simonenin yazdığı fəlsəfi elmi əsərlərini oxuyur və ona dəyərli məsələhətlər verirdi. Simone yalnız Sartr bəyənən əsərlərini dərc edilmək üçün mətbu orqanlara göndərirdi. Bu da Bouvarın daha da püxtələşməsinə və fəlsəfi sahədə yeni bir cərəyanın əsaslarını qoymasında əvəzsiz rol oynadı. Adətən Simone mətbuatda dərc edilən elmi fəlsəfi əsərlərinə Kastor imzasını qoyurdu. Universiteti bitirəndən sonra bir müddət Parisdə, Marseldə və Ruanda dərs dedi.

1944-cü ilin sonlarında Raymon Ares və digər həmfikirləri ilə birgə “Les Temps Moderens” adlı aylıq dərgini nəşr etdirməyə başladı. Həmin ildə o “Pyrrhus et Gineas” adlı fəlsəfi elmi əsərini yazdı. Bu əsərdə o insanın var olması və yaradılışını, onların həyata baxışlarını qəhrəmanlarının dili ilə müzakirə hədəfinə çevirmişdi. 1947-ci ildə isə “Pour une Morale de Lambiguite” adlı fəlsəfi əsərini yazdı. O bu əsərində yaradılışın ən asan şəkildə qavranılacaq yolunu tapmışdı. Əsərdə varlıq və yaradılış anlayışları sadə, hamının anlaya biləcəyi bir şəkildə izah edilmişdi. Bunun ardınca “Voman:Myth and Realitu” (Qadın, əfsanə və gerkəklik ) adlı elmi fəlsəfi tədqiqat əsərini yazaraq çap etdirdi.

Simone bu əsərində kişiləri qadınların ətrafında dolanan kölgələr adlandıraraq qadınların kişilərdən geridə qalmadıqlarını və onlarla bərabər yaşama haqlarına sahib olduqlarını dilə gətirmişdi.

Qadın hüquqlarınınn bərabərliyi uğrunda apardığı mübarizə onun tərəfindən “Le Deuxieme Sexe” (İkinci cins) adlı əsərini yazması ilə nəticələndi. 1949-cu ildə o bu əşərini nəşr etdirdi və bununla da feminizmin əsaslarını qoydu. Bu əsərində o həm də var olmanın, yaradılışın əsas prinsiplərini verir, həm də “qadın doğulmur, qadın kimi yetişirlər”- deyirdi. Simone tarix boyu Şərqdə və Qərbdə hakim olan qadınlara münasibətin yanlış olduğunu və onların guya anormal olmaları və şeytana uymaları barədə ortaya atılan iddiaları alt-üst etdi.

Simone yazırdı ki, qadınar da kişilər kimi seçmək və seçilmək hüququna malikdirlər və onlarla bərabərdilər.

Bu arada artıq nəinki Fransada, həm də dünyada qadın hüquqlarının alovlu mübarizi kimi tanınmağa başayan Simone Çinə və Amerikaya səyahət etdi. Səyahətdən qayıtdıqdan sonra “Səyahət qeydləri”ni yazdı və 1950-60-cı illərdə bu əsərindən qadın haqlarının müdafiəsində əsas silah kimi istifadə etdi.

1970-ci ildə Fransada qadınların sərbəst hüquqlar əldə etməsi uğrunda gedən hərəkatda fəal iştirak etdi. 1971-ci ildə bununla bağlı “343-cü manifest” adlı sənədi imzaladı. 1981-ci ildə isə “La Ceremonie Des Adieux” (Sartra əlvida) adlı əsərini yazdı və bu əsərində Sartrın əzab dolu son illərini təsvir etdi. Kitabın girişində ilk dəfə o Sartr oxumayan bir əsəri nəşr etdirmək məcburiyyətində qaldığını yazırdı. Onun bu bioqrafik əsərləri ər-ərvada yeni bir şöhrət gətirdi.

1986-cı il aprel ayının 14-də sətəlcəmdən vəfat edən Bouvarı Parisdəki Montparnesse qəbristanlığında əri Jan Sartrın yanında dəfn etdilər. Amma feminizmin əsasını qoyan Bouvar əsla unudulmadı. Onun fəlsəfi düşüncələri bu gündə filosoflar üçün bir məktəb olaraq qalmaqda davam edir. “Heç bir şeyin mənə ehtiyacı yoxdur. Heç kimin heç kimə ehtiyacı yoxdur, çünki heç bir şeyin var olmağa ehtiyacı yoxdur” deyə o sağlığında yazırdı.

Əziz Mustafa

BIR CAVAB BURAXIN