Qətər şahzadəsi 7 kişi ilə yataqda tutuldu

0
638
Britaniyanın “Financial Times” qəzeti bu gün sensasiyaya imza atıb.
Musavat.com thegreatmiddleeast.com saytına istinadən xəbər verir ki,  Britaniya xüsusi xidmət orqanları şübhəli bir şəxsin arxasınca düşərək “Excelsior London Hotel” mehmanxanasında bir otağa giriblər.
Onlar burada qəribə bir mənzərə ilə, daha doğrusu, bir qadının 7 kişi ilə orgiyada iştirakı ilə rastlaşıblar.
Qəzetin yazdığına görə, Britaniyanın təhlükəsizlik xidməti (Mİ-6) mehmanxana nömrəsinə Skatland Yardın köməyi ilə daxil olub. Burada onlar bir qadını namünasib vəziyyətdə, 7 kişi ilə birlikdə yaxalayıblar.
Qadının kimliyi yoxlanıldığı zaman onun Qətərin keçmiş baş naziri Hamad ibn Cəsim ibn Cəbər əl Taninin qızı, Qətər şəhzadəsi Salva olduğu ortaya çıxıb.
İlkin istintaq zamanı bəlli olub ki, şahzadə qadın özünün səudiyyəlli vasitəçisindən ona iri pul məbləği müqabilində kollektiv seks üçün müəyyən fiziki göstəriciləri olan 6 kişini tapmağı tapşırıb.
Şahzadə vasitəçidən kişilərdən hansısa birinin onu zorlamaqdan qoruması üçün onunla qalmasını istəyib.
Şahzadə qadın ölkəsinin reputasiyasına zərər vurmaq fikrinin olmadığını və Britaniya qanunlarını pozmadığını bildirib.
Hər halda polislər ona  əvvəllər məhkum olmuş şəxsin və fahişəlik məqsədilə kişilərin xidmətindən istifadə etməyin qanundankənar olduğunu söyləyiblər.
Buna rəğmən Qətər şəhzadəsi məsuliyyətə cəlb edilə bilməz-onun diplomatik toxunulmazlığğı var.
Britaniya polisi Qətər səfirliyini hadisə ilə bağlı məlumatlandırıb.
Xəbərdə Qətər səfirliyinin öz növbəsində xəbərin yayılmaması üçün qəzeti pulla ələ almaq istədiyi bildirilir.
 Lakin qəzet bu təklifdən boyun qaçıraraq informasiyanı yayıb.

BIR CAVAB BURAXIN