Qəndilin sirri açıldı: Düşərgələr və terrorçu sayı…

0
550

Türkiyə Silahlı Qüvvələrinin əməliyyat keçirdiyi Qəndil dağında PKK terror qruplaşmasının mövcud strukturu barədə ətraflı məlumat yayılıb.

Türkiyə mətbuatı PKK-nın düşərgələri və düşərgələrin təyinatı barədə yazıb.

PKK-nın Şərq cəbhəsi qruplaşması

Şəhid Harun düşərgəsi: Qadınlardan ibarət qruplaşma və cəbbəxana yerləşir.

Berda Kaşu düşərgəsi: Rabitə məntəqəsinin yerləşdiyi təpəlik.

Şəhid Ayxan düşərgəsi: Təxminən 300 terrorçu məskunlaşıb.

Dolekoge düşərgəsi: Təxminən 400 terrorçu məskunlaşıb.

Asus düşərgəsi: İrana giriş-çıxış buradan edilir. Qaçaqmalçılıqla məşğul olanlardan vergi toplanılan gömrük məntəqəsi yaradılıb.

Kalatukan düşərgəsi: Qəndilin əsas cavabdehlərindən sayılan “Əhməd Malazgird” kod adlı terrorçunun rəhbərliyində 20-yə qədər terrorçu məskunlaşıb.

Qəndil dağının Qərb cəhbəsi qruplaşması

Kurtak düşərgəsi: Təxminən 300 terrorçu məskunlaşıb.

Bole düşərgəsi: PKK-nın qadın qanadı və cəbbəxanası yerləşir.

Levce düşərgəsi: Yaralıların müalicə edildiyi tibb məntəqəsi yerləşir.

Şəhid Rüstəm düşərgəsi: Terrorçulara təlim keçirilir, mədəniyyət sahəsində təbliğat aparılır.

Zergele düşərgəsi: Təlim keçirilir. Düşərgənin cavabdehi PKK şurasının üzvü “Avareş” kod adlı Mustafa Qarasudur.

Surede düşərgəsi: PKK-nın liderləri bu düşərgədə yaşayır.

Belekati düşərgəsi: Cəmil Bayık burada qalır.(axar.az)

1

BIR CAVAB BURAXIN