Onun səsi ilahi bir səs, Allah vergisidir. Yüz illər bundan sonra belə sevilə-sevilə dinləniləcək, hamını ovsunlayacaq bu ecazkar səsi ilə. Nə qədər ki, Azərbaycan var, o qədər də Qədir Rüstəmov yaşayacaq, var olacaq və bir-birini əvəz edən nəsillərlə gələcəyə gedəcək.