Qəbir daşları neçəyə başa gəlir?

0
806

Sadə məzar daşını 300-400 manata, mərmərlə olan məzar daşını isə min -min beş yüz manat arasında hazırlayırlar. Gördüklər işi ən geci 1 həftəyə başa çatdırırlar.

Söhbət məzar daşları hazırlayan ustalardan gedir. Əməkdaşlarımız həm paytaxda , həm də bölgələrdə hazırlanan baş və sinə daşlarının qiymətləri ilə maraqlanıblar. Məlum olub ki, bölgələrdə məzar daşı təxminən 30 faiz daha ucuz qiymətə başa gəlir. Baş daşları arasında ən bahalısı isə qranit hesab olunur.

Gördükləri işə xüsusi diqqətlə yanaşırlar. Ani səhv onların işini hər an korlaya bilər.

Söhbət qəbir daşları hazırlayan ustalardan gedir. Onların iş fəaliyyəti ilə maraqlandıq. Tahir Əliyev 20 ildən çoxdur ki, paytaxtdakı sexlərin birində bu işlə məşğuldur.

Sadə qəbir daşları əsasən Qazax, Daşkəsən və digər rayonlardan gətirilir. Ustalar deyir ki, Qaradağda bir neçə cür daşlar çıxır ki, Onlardan da Gülbax və Şaxqaya adlı daşlar daha keyfiyyətli olur. Mərmərlər isə, əsasən Ukrayna, Hindistan və Çindən gətirilir.

Qəbir daşlarının qiymətinə gəldikdə isə ,bu ölçüdən və üzərində aparılan işlərdən aslı olaraq dəyişir. Mərmər daş xaricdən gətirildiyi üçün digərlərinə nisbətə baha qiymətə satılır. Daşlara şeir və müxtəlif sözlərin yazdırılması işi isə pulsuz görülür.

Bölgələrdə isə qəbir daşları Bakı ilə müqayisədə 25-30 faiz daha ucuzdur. Məsələn, Tovuzda sadə daşlardan hazırlanan baş və sinə daşları 250-300 manata satılır.

Cəlilabatda isə ağ lay daşından hazırlanan baş daşının qiyməti 500 manatdır. Mərəmərdən olan baş daşılarının qiyməti isə, 1000 manatdan yuxarıdır.

Baş daşıları arasında ən bahalısı isə Qranit hesab olunur. Qranitdən olan standart baş daşının qiyməti 1500 AZN təşkil edir.Əgər qəbirin sinə daşı da eyni daşdan hazırlanarsa onda qiymət iki dəfəyə kimi qalxır 3000 manat. Baş daşı üzərinə çəkilən rəngli şəkilin qiyməti isə ayrılıqda müştəriyə 150 manata başa gəlir.

BIR CAVAB BURAXIN