Pyotr Poroşenko Rusiyanı təxribata çəkməkdə davam edəcək

0
519

ABŞ Ukraynada indiki prezident Pyotr Poroşenkonun hakimiyyətdə qalmasının tərəfdarıdır.

Arazinfo.com-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev mətbuata açıqlamasında deyib. O qeyd edib  ABŞ-ın dəstəyinə arxayın olan Poroşenko Rusiyaya münasibətdə istənilən təxribata əl atır: “Prezident seçkilərinin vaxtı   yaxınlaşdıqca Poroşenko belə təxribatlara daha çox əl ataraq seçicilər arasında imicini yüksəltməyə cəhd edəcək”.

Qeyd edək ki, Ukraynada növbəti prezident seçkiləri gələn ilin  mart ayının 31-də keçiriləcək.