Putuni “öldürmək” istəyən jurnalist Rusiyadan qaçıb

0
594

Cənubi Afrika Respublikasında muzdlular tərəfindən öldürülən reportyarların, həmçinin  Böyük Britaniyada həyatlarına sui-qəsd edilən Sergey və Yuliya Skripallarla bağlı məsələni araşdıran Tədqiqatlar Mərkəzinin əməkdaşı Sergey Kanev gözlənilmədən Rusiyanı tərk edib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədəTeleqram-kanalın yaydığı məlumatda deyilir. Kanevin ölkəni təcili şəkildə tərk etməsinə səbəb isə Rusiya xüsusi xidmət orqanları tərəfindən onun Putunə “sui-qüsd” həyata keçirməyə hazırlaşması üstündə həbs etməyə hazırlaşmaları olub: “Kanevə etibarlı mənbələrdən məlum olub ki, Skripal və öldürülmüş reportyarlarla bağlı apardığı araşdırmalara görə,  xüsusi xidmət orqanları onu cəzalandırmağa hazırlaşırlar. Guya jurnalist Putinə sui-qəsd etməyə hazırlaşırmış. Bu məlumatı alan Sergey Kanev təcili şəkildə ölkəni tərk etməyə məcbur olub”,-deyə məlumatda bildirilir.

Sergey Kanevin Pribaltika ölkələrindən birinə qaçdığı ehtimal edilir.

Öz növbəsində Skripalların və reportyarların işini araşdıran  və Mixail Xodorkovski tərəfindən maliyyələşdirilən Tədqiqatlar Mərkəzi də Kanevin ölkəni tərk etdiyini  təsdiq edib.

Mixail Xodorkovski isə “Dojd” telekanalına verdiyi açıqlamasında: ” Bizim jurnalistə qarşı təxribat hazırlanırdı. Onu dövlət başçısına qarşı sui-qəsddə günahlandırmağa hazırlaşırdılar. Ona görə də biz onun təcili şəkildə Rusiyanı tərk etməsini daha məqsədə uyğun hesab etdik”,-deyib.

Əziz Mustafa

 

 

BIR CAVAB BURAXIN