Putinlə Ərdoğanı İlham Əliyev barışdırıb – BİNƏLİ YILDIRIM TƏSDİQLƏDİ

0
561

Rusiya və Türkiyə münasibətlərinin düzəlməsində Azərbaycanın vasitəçiliyi rəsmi şəkildə təsdiqlənib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Baş naziri Binəli Yıldırım bu gün AKP-nin qrup toplantısında çıxışı zamanı danışıb.
B. Yıldırım Rusiya ilə münasibətlərin düzəlməsinə görə, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
“Rusiya ilə münasibətlər normal məcrasına qayıdır. Bu istiqamətdə lazımi addımlar atılır. Hər iki lider arasında dolayı yollarla davam edən təmaslar nəticəsini göstərdi. Rusiya-Türkiyə arasında buzların əriməsinə nail olduq. İşlərin bu səviyyəyə gəlməsində bir çoxları əmək sərf etdi. Xüsusilə Azərbaycan və Qazaxıstan kimi qardaş ölkələrimizə göstərdikləri səylərə görə təşəkkür edirik”, – deyə o bildirib.

BIR CAVAB BURAXIN