Putinin inandığı 18 nəfər kimdir? – DİKTATORUN SIYAHISI…

0
706
Martın 18-də Vladimir Putin yenidən Rusiyanın prezidenti seçildi. Putin hər necə olur olsun faktiki olaraq 18 ildir Rusiyanı idarə edir və 6 il də idarə edəcək.
Təbii ki, Putin bu yolda tək yürüməyib. Çox güclü bir ”məmur ordusu” Putini bu çətin yolda müşayət edib. Ancaq komanda içində 18 nəfər var ki, onlar Putin üçün vazkeçilməzdir. Bu məqalədə onların kimliyini, Putin və Rusiya üçün əhəmiyyətini öyrənməyə çalışacağıq.
Beləliklə, Putinin ən güclü 18 kadrı bunlardır:
1.Baş nazir Dmitri Medevev – ölkədə və komandada Putindən sonra ən güclü adam olaraq görülür. Siyasi ekspertlərin fikrincə, Putin 2024-cü ildə ölkəni 2008-ci ildəki kimi yenidən Medvedevə təhvil verərək hakimiyyətdən gedəcək. Medvedev, 2011-ci ildə Liviyada Qəddafi rejimini devirmək üçün uçun qadağan bölgə yaradılmasına razılıq vermə qarşılığında Rusiyanı NATO Təhlükəsizlik Şurasında söz sahibi etdi. Ancaq ölkədə mühafizəkarlar, Qərbin Medvedevi aldadaraq Qəddafini devirdiyni bildirdi. Onların fikrinə görə Kreml buna görə Medvedevi cəzalandıraraq onun xarici siyasətdəki rolunu sıfıra endirmişdir.
2.Moskva şəhərinin meri Sergey Sobyanin – onu Putinlə gün ərzində ən çox görüşən məmur adlandırırlar.Vəzifəsi daha müasir bir Moskva yaratmaq və qəlbini müxalifətə verən moskvalıları Kreml üçün yenidən qazanmaqdır. Bunu bacaracağı təqdirdə başa keçmək üçün yolu açıq görünür.
3.Baş nazirin müavini Dmitri Roqozin – təhlükəsizlik və hərbi məsələlərə nəzarət edir. Kabinetdəki yoldaşları ictimaiyyətə qapalı olduğu halda o, hər fürsətdə mətbuata müsahibə verir. Hətta nifrət etdiyi Qərb mətbuatı ilə belə sıx əməkdaşlıq edən Roqozin,qonşu ölkələrdəki rus azınlıqları ilə bağlı məsələlərə də nəzarət edir. Krım müharibəsində adı önə çıxsa da Putini kritik qərarlarında söz sahibi olmadığı deyilir.
4.Baş nazirin müavini Vyaçeslav Volodin – onun vəzifəsi müxalifəti nəzarətdə saxlamaqdır. Kremlin təbliğatına görə də o məsulliyət daşıyır. Bəziləri onu Rusiyanın gələcək baş naziri kimi görürür. Putinə çox yaxın bir şəxsdir.
5.Müdafiə naziri Sergey Şoyqu – Tuva türklərindən olan Şoyqu, Putinin ən çox güvəndiyi şəxsdir. 2012-ci ildən mudafiə naziri olan Şoyqu, bunacan fovqəladə hallar naziri olmuşdur. Putindən sonra komandanın xalq arasında rəğbət bəslədiyi ikinci şəxsdir. Adı baş nazirliyə namizədlər arasında ən başda gəlir. Bəziləri hətta Putinin onu xələfi elan edəcəyinidə iddia edirlər.
6.Xarici işlər naziri Sergey Lavrov-Ölkənin xarici siyasətinə rəhbərlik edir.Buna rəğmən Rusiyanın xarici siyasətini Kremlin müəyyən etdiyini ən yaxşı bilən şəxsdir. Uzun müddət vəzifədə qalmasının səbəbi də budur. Bu vəzifədən əvvəl uzun illər ölkəni BMT-də təmsil edən Lavrovun Putinlə şəxsi yaxınlığının olmadığını Rusiyada siyasətdən azacıq anlayışı olan hər kəs bilir.
7.Federal Kəşfiyyat Xidmətinin rəhbəri Aleksandr Bortnikov – Rusiyanın daxili kəşfiyyat xidmətinin başında duran Bortnikov Putinin ən sadiq adamlarından biridir. Putinin kəşfiyyatda işlədiyi dövrdən dostluq etdiyi Bortnikov Kremlin aldığı kritik qərarlarda söz sahibidir.Onun rəhbərlik etdiyi FSB Putinin qurduğu sisteminin ruhunu təşkil edir.
8.Rosneft Şirkətinin prezidenti İqor Seçin – bir müddət əvvəl Rusiyada hər kəsi bu sualı düşündürürdü: Putin güclüdür,yoxsa Seçin? Seçinin əsas vəzifəsi rəhbərlik etdiyi qurumu dünyanın ən güclü enerji şirkəti etmək idi. Seçin bunu bacardı. Seçin Putinin 1 nömrəli düşməni olan məşhur oliqarx Mixayıl Xodorkovski və 2016-cı ilin sonlarında həbs olunan iqdisadiyyat naziri Aleksey Ulyukayevi həbsə göndərən şəxs olaraq bilinir. Ancaq Putin Rusiyanın ən güclüsü kimdir sualına cavab olaraq 2013-cü ildə sürpriz bir əvf fərmanı ilə Xodorkovskini həbsdən azad etdi və ölkədə özünün tək güc olduğunu hər kəsə gösdərdi. Seçinin Putinlə oxşar cəhətləri çoxdur. İkisi də xaricdə kəşfiyyatçı olaraq xidmət edib.
9.Qazprom Şirkətinin prezidenti Aleksey Miller – Putinin ən sadiq kadrlarındadır. Qazpromdakı uğurları səbəbi ilə şirkətdə çalışan hər kəsin hörmətini qazanıb. Sankt-Peterburqdan bəri Putinlə sıx münasıbəti olan Miller mətbuata qapalı bir şəxsdir. Ancaq bir çox siyasi ekspert Putinin Millerin yerinə Qazpromun vitse-prezidenti Valeri Qolubevi hazırladığını iddia edirlər. Qolubev də Putin kimi Sankt-Peterburqdandır və karyerinə KGB-də başlayıb.
10.Dövlət Dəmiryol İdarəsinin rəisi Vladimir Yakunin – “Dəmiryollarının Tanrısı” ləqəbi ilə tanınan Yakunin 1,3 milyon əməkdaşı olan bir müəssənin rəhbəridir. Peterburqdakı günlərdən bəri Putinin yanında olan Yakunin Krımın ilhaq edilməsini müdafiə edən şəxslərin başında gəlir. Qərbi ikiüzlü olmaqda ittiham edən Yakunin Rusiyanın radikal bir xarici siyasət izləməyənin lazım olduğunu müdafiə edir. Müxalifət Yakunini pis vəziyyətdə qoymaq üçün tez-tez onun lüks yaşamını əks etdirən fotoları mətbuata sızdırır.
11.Prezidentin köməkçisi Sergey İvanov – 2016-cı ilə qədər ölkənin ”boz kardinalı”və Prezident Admistirasiyasının sədri olan İvanovun bundan əvvəlki vəzifəsi isə müdafiə naziri idi. 2016-cı ildə öz istəyi ilə yerini uzun müddət müavini olmuş ən sadiq adamı Antoni Vaynaya buraxaraq vəzifədən gedən İvanov hal-hazırdada Kremldə fəaliyyət gösdərir. O,prezidentin təbiətin mühafizəsi,ekologiya və nəqliyyat məsələləri üzrə köməkçisidir. Putinlə sıx şəxsi dostluğu olan İvanov hələ də Putinin aldığı qərarlara təsir etmək gücünə malikdir. Putin,1998-ci ildə Federal Kəşfiyyat Bürosunun başına keçdiyi zaman İvanovu özünə müavin təyin etmişdi. 2008-ci ildə isə adı prezidentlik üçün də geçən İvanovu Pütin gözlənilənin əksinə daha passiv bir vəzifəyə təyin etdi.
12.Prezidentin köməkçisi Vladislav Surkov – o, karyerasına Putinin 1 nömrəli düşməni olan Xodorkovskinin yanında başlayıb. Onun şirkətində vəzifə pilləsində sürətlə irəliləyərək vitse-prezident vəzifəsinə qədər çatmışdır. Ancaq sonradan seçimini Putindən yana etmişdir. Kremldə Putindən sonra ən güclü adam olaraq tanınır.Rus politoqlarına görə, o, Putinin ”topal demokratiyası”nın baş aktyorudur. Onların iddiasına görə Surkovun icazəsi olmadan Dövlət Dumasın üzərindən heç quş da uça bilməz. İddialara görə Rusiyada bir neçə siyasi partiya onun nəzarəti altındadır. Surkov bu vəzifədən əvvəl baş nazirin müavini olub. Ancaq daha sonra vəzifəsdindən azad edilib. İddialara görə buna səbəb onun Putinə müxalif şəxslərə bəslədiyi simpatiyadır. Bir müddət işsiz qalan Surkov sonra da süpriz bir şəkildə prezidentin köməkçisi vəzifəsinə gətirildi. Seperatçı Abxaziya və Cənubi Osetiyaya da Kremlin adından o nəzarət edir.
13.Prezidentin köməkçisi Sergey Qlazyev – iqdisadiyyat və Ukrayna məsələləri onun nəzarətindədir. Dövlətə bağlı olan böyük şirkətlər onun nəzarətindədir. Hakimiyyətin mühafizəkar qanadının liderlərindın biridir. ABŞ-a qarşı olduqca sərt münasibəti ilə bilinir.
14.Prezidentin köhnə dostu Aleksey Kudrin – iqtisadi siyasət məsələləri ilə bağlı prezidentə məsləhətlər verir. Liberal ideyalıdır. Bəziləri onu Medvedevdən sonra Rusiyanın gələcək baş naziri də adlandırırlar.
15.Baş Prokrorluğun Baş İstintaq İdarəsinin rəisi Aleksandr Bastrıkin – Putinin tələbə yoldaşıdır. Alınan hüquqla bağlı qərarlarda əsas söz sahibidir. Son illər isə onun vəzifəsi populyar müxalifət lideri Aleksey Navalinə nəzarət etməkdir.
16.Zavtra(Səhər) qəzetinin sahibi Aleksandr Proxanov – köşə yazılarıda yazan Proxanov Medvedevin dövründə tez-tez Kremli var gücü ilə tənqid edirdi. Sovet diktatoru Stalinə sevgisini gizlətməyən ”mediya şefi” 2012-ci ildə Putin Kremlə dönəndən sonra ona təriflər yağdırmağa başladı.Kremldə doğrudan bir gücü olmasada ”Avrasiya Ittifaqı” lahiyəsini sıx şəkildə müdafiət etdiyinə görə Kremldə xüsusi bir hörmətə sahibdir.
17.Milyader Gennadi Timçenko – həmişə arxa planda qalamağa üstünlük verən Timçenko ölkənin ən güclü iş adamlarından biridir və hakimiyyətin ən güclü adamlarından biridir. ”Forbes” jurnalı onun sərvətini 14 milyard dollar olaraq dəyərləndirir.
18.Milyader Arkadi Rottenberq- o da Timçenko kimi iş dünyasında hakimiyyətin əsas müdafiəçilərindən biridir. Ayrıca, Putinlə şəxsi dostluğa da malik olan Rottenberqin isə sərvəti 4 milyar dollar təşkil edir.
 
Zeynal Əmrəliyev, 
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti

BIR CAVAB BURAXIN