Putinin 15 İYULDAN bir gün öncə Ankaraya göndərdiyi rezident – SƏBƏB NƏDİR?

0
698

Kremlin ideoloqu hesab olunan, Putinin xüsusi təmsilçisi, Avrasiyaçılıq hərəkatının lideri Aleksandr Duqin 15 iyul dövlət çevrilişinə cəhddən bir gün öncə Ankarada olub.

Publika.az xəbər verir ki, Duqin Ankarada Türkiyə ilə Rusiyanı ABŞ-ın qarşı-qarşı qoyduğunu bildirib. Qeyd edib ki, bölgədə yaradılması planlaşdırılan “kürd dövləti” Rusiyanın strategiyasına ziddir.

“İstər Rusiya, istərsə Türkiyənin ərazi bütövlüyünü eyni düşmən təhdid edir. İlk növbədə bu, ABŞ-ın Yaxın Şərqdə hegemon olmaq siyasətidir. Burada alət kimi istifadə olunan radikal İslam da var. ABŞ “kürd dövləti” qurmaq istəyir. Hazırda Suriyadakı kürdlərlə bağlı bu proses aparılır”, – deyə o bildirib.

Daha sonra Duqin Rusiya-Türkiyə münasibətlərinin düzəlməsində Vətən Partiyasının, həmçinin, partiya sədri Doğu Perinçekin rolunu xüsusi vurğulayıb.

Qeyd edək ki, Ankarada bir sıra məxfi görüşlər də keçirən Duqin iyulun 15-də günün birinci yarısında ölkəsinə qayıdıb. Həmin gün axşam isə dövlət çevrilişinə cəhd olub.

Duqinin bu səfəri çevrilişlə bağlı Rusiyanın Türkiyəni xəbərdar etməsi haqda informasiyalar fonunda diqqət çəkir.

Asif

BIR CAVAB BURAXIN