Putindən sonra Rusiya bir neçə hissəyə bölünəcək

0
608
“Ukrayna Rusiya ilə yalnız onda barışacaq ki, onda Rusiya Rusiya olmayacaq. Barışmaq nə deməkdir? Ukraynada insanların böyük hissəsi həlak olub, bütöv region dağıdılıb, infrastruktur məhv edilib. Ölkələr bir-birinin əlini sıxa bilərlər, amma qanayan yaralar çox uzun müddətə sağalacaq”.
Bunu yazıçı, hərbi jurnalist, Donbasda döyüş əməliyyatları zonasından fotoreportajların müəllifi Sergey Loyko “Apostrof” nəşrinə müsahibəsində bildirib.
Ukraynanın Rusiya ilə nə zaman barışacağına gəlincə, o, bunun yalnız Rusiya dağılandan sonra baş verəcəyini deyib.
Rusiyada “saray çevrilişi”nin mümkün olduğunu deyən hərbi jurnalist prezident Vladimir Putindən sonra ölkənin dağılmasının başlanacağını düşünür.
“Putin Rusiyadır. Yəni, Putin Rusiyanın əsas məhsuludur. Putindən sonra nəhəng mülayim hava olacaq, bütün siyasi məhbuslar həbsxanadan çıxacaq. Amma bütün respublikalar və vilayətlərdə Putin “övladlıqları” bundan istifadə edəcəklər. Bundan Sovet İttifaqında nazarbayevlər və kravçuklar istifadə etdilər. Rusiya bir neçə hissəyə bölünəcək”, – o bildirib.
O, Krımın nə vaxtsa Ukraynaya qayıdacağını vurğulayıb və mətbuat konfransların birində Rusiya prezidenti Vladimir Putinə Krımla bağlı sualını xatırladıb:
“Putindən Rusiya qoşunlarının Krıma daxil edilməsinin mümkünlüyünü soruşdum. Hamı dedi ki, mən axmaq bir sual vermişəm. Eynilə, Marsda həyatın olub-olmadığına dair sual kimi. Amma sonra bu baş verdi. Sonra jurnalistlərdən biri mənə zəng vurdu və dedi: “Bu ideyanı (Krımın ilhaqı –red.) ona sən verdin”. Xeyr. Krım əlbəttə, Ukraynaya qayıdacaq. Krım Rusiyanın dağılması ssenari üzrə Ukraynaya qayıda bilər. Rusiya dağılacaq və Krım sadəcə Ukraynaya qayıdacaq, əgər Türkiyə və ya daha kiməsə keçməsə. Bu, tamamilə başqa tarix olacaq. Mən Putindən sonra hakimiyyətə gəlsəydim, prezident kimi birinci qərarım qoşunların çıxarılması, ikinci qərarım isə Krımın qaytarılması barədə olardı”.
Onun fikrincə, Putinin hakimiyyətdə olduğu dövrdə Rusiyada yaxşı heç nə olmayacaq.(publika.az)

BIR CAVAB BURAXIN