Putin yanğın günahkarlarının sərt şəkildə cəzalandırılmasını tələb edib

0
632

Rusiya Prezidenti Vladimir Putin Kemerovo şəhərindəki “Qış albalısı” ticarət-əyləncə mərkəzində baş verən yanğınla bağlı danışıb.

Bu barədə RİA yazıb.

“Bizdə nələr baş verir, bu ki hərbi fəaliyyət və ya şaxtaya metan qazının gözlənilməz axını deyil. İnsanlar, uşaqlar istirahət etməyə gəlib. Biz demoqrafiyadan danışırıq, ancaq bu qədər insanımızı görün nəyə görə itiririk? Cinayətkar bir səhlənkarlıq və diqqətsizliyə görə”, – Putin Kemerovo şəhərində keçirilən toplantı zamanı bildirib.

Ölkə başçısı Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə faciədə günahı olan vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsini tapşırıb.

“Pulsuz arayış almaq olmur, pulla isə kim nə istəsə, yazır”, – Putin əlavə edib.

Bastrıkin isə öz növbəsində istintaq çərçivəsində hazırda çox sayda sənəd və materialların nəzərdən keçirildiyini bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin hazırda Kemerovo şəhərindədir.

BIR CAVAB BURAXIN