Putin və Nazarbayev İrəvana gedir – Qarabağa görə

0
836

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti iclası oktyabrın 14-də İrəvanda keçiriləcək.
Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev başda olmaqla təşkilata üzv ölkələrin liderləri Ermənistana səfər edəcək.
Qeyd edək ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Belarus prezidenti Aleksandr Lukaşenko aprel müharibəsindən sonra Avrasiya İqtisadi İttifaqının İrəvanda keçirilməsi nəzərdə tutulan toplantısına getməkdən imtina etdi. Həmçinin, Nazarbayev istənilən fürsətdə Ermənistan rəhbərliyini Azərbaycan torpaqlarını işğal etdiyi üçün tənqid edir.
Avrasiya İqtisadi İttifaqının 2014-cü il mayın 29-da Astanada keçirilən təsis sammitində Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevin məktubunu oxuyaraq, ermənilərin arzularını gözündə qoymuşdu.
“Biz Azərbaycan prezidentinin məktubunu almışıq. Məktubda Ermənistanın yalnız Birləşmiş Millətlər Təşkilatının tanıdığı sərhədlər çərçivəsində quruma üzvlüyünün mümkün olduğu qeyd olunub. Azərbaycan hesab edir ki, Ermənistan Ümumdünya Ticarət Təşkilatına daxil olduğu sərhədlərlə Avrasiya İqtisadi İttifaqına qoşula bilər”, – deyə qazax lider bildirmişdi.
Ehtimal ki, oktyabrın 14-də İrəvana səfər edən Nazarbayev Ermənistanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da danışacaq.

Publika.az

BIR CAVAB BURAXIN