Putin və Abe yanvarın 22-də görüşəcəklər

0
514

Rusiya prezidenti Vladimir Putinlə Yaponiya Baş naziri Sintzo Abe arasında görüş yanvar ayının 22-də Moskvada baş tutacaq.

Arazinfo.com-un rambler.ru-ya istinadən verdiyi xəbərə görə, bunu mətbuata açıqlamasında Yaponiya xarici işlər naziri Tapo Kono deyib: “Baş nazir Sintzo Abenin yanvar ayının 22-də günün ikinci yarısında Moskvaya səfəri barədə  razılıq əldə etmişik”.

Xatıraldaq ki, dünən Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla onun yaponiyalı həmkarı Tapo Kono arasında keçirilən görüşdə Kuril adalarının qaytarılması məsələsində tərəflər arasında ciddi fikir ayrılıqlarının olduğu üzə çıxıb.  Ona görə də Abenin Putinlə görüşünün Yaponiya üçün indidən hər hansı əhəmiyyət daşımayacağı artıq sirr deyil.