Putin Ukraynaya qarşı nə isə hazırlayır…

0
607

Rusiyanın Ukrayna xüsusi təyinatlılarının Krıma müdaxiləsi cəhdi və yarımadaya diversantlar göndərdiyi barədə həyacanlı bəyanatlarından sonra Kiyevlə Moskva arasında yeni dramatik vəziyyət yaranıb.

Bu gün Putin Təhlükəsizlik Şurasının iclasını çağıraraq “Ukraynanın Krımda diversiya cəhdləri” ilə bağlı vəziyyəti müzakirə edib, yarımadanın təhlükəsizliyinin təmin olunmasına dair havadan, qurudan və dənizdən əlavə tədbrlərin görülməsinə dair göstərişlər verib. Bu tədbirlərin nədən ibarət olduğu məlum deyil.

Ukrayna tərəfi isə Rusiyanın Krıma müdaxilə haqda iddialarını qətiyyətlə rədd edir. Bəs o zaman Rusiyanın Krım ətrafında vəziyyətin gərginləşdiyini göstərən bəyanatlarının arxasında nə dayanır? Bəlkə bu, Krıma qurudan dəhliz açmaq barədə Kremlin çoxdankı planlarının işə düşdüyünü göstərir?

“The Guardian” qəzeti yazır ki, ola bilsin Rusiya Krıma “təhlükəsizlik dəhlizi” açmaq üçün məhdud hərbi müdaxilə hazırlayır. Ukrayna diversantlarının Krıma daxil olması və iki Rusiya hərbçisinin həlak olması ilə nəticələnən atışma haqda bəyanatlar da buna hazırlıqdır. “Yaxud ola bilsin Putin daha böyük miqyaslı nəsə hazırlayır”-qəzet yazır.

Qəzetin yazdığına görə Krıma quru dəhlizinin açılması cəlbedici variantdır. Çünki bu, Krımı indiki mürəkkəbliklərdən, su və elektrik təchizatı ilə bağlı problemlərdən xilas edəcək. Habelə bir güllə iki bir neçə dovşan vurulacaq-Krımın infrastrukturu ilə bağlı qısamüddətli və uzunmüddətli problemlər həll olunacaq. Xüsusən də indi, Qərbin başının çox qarışıq olduğu bir vaxtda bunu etmək asandır. “Putin bununla rusiyalı idmançıların Olimpiadadan kənarlaşdırılmasına və dopinq qalmaqalına görə qisas almış olardı”-qəzet yazır.

Bu arada ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payett bəyan edib ki, Birləşmiş Ştatlar hökuməti Ukraynanın Krıma müdaxiləsi haqda Rusiyanın bəyanatlarının heç bir təsdiqini görməyib. “Bu, Rusiyanın Ukraynaya qarşı ilk yalan ittihamları deyil, onların məqsədi diqqəti öz qanunsuz hərəkətlərindən yayındırmaqdır”-səfir bildirib.

Krımın Armyansk şəhərində tutulmuş ukraynalı “diversantlardan” birinin qardaşı isə deyib ki, onu Zaparojets vilayəti ərazisində FTX-çilər oğurlayıb və Krıma aparıb. Donbassdakı döyüşlərdə iştirak etmiş Yevgeni Panovun qardaşının dediyinə görə, o, evdən adi idman geyimində çıxmışdı və Krıma getməklə bağlı heç bir planı yox idi.

“Mən qorxuram ki, Yevgenini oğurlayb Krıma aparmaqda məqsəd təkcə onu hansısa ağlasığmaz qəsdin təşkilatçısı kimi qələmə vermək deyil. Bununla Kreml Ukraynaya tammiqyaslı hərbi müdaxiləsini əsaslandıra bilər”-qardaşı deyib.

Rusiya KİV-lərinin məlumatına görə Krımda tutulan “ukraynalı diversantlar” yarımadada panika yaratmaq üçün seriya partlayışlar törətməyə hazırlaşırdı və onlar artıq etiraf ifadələri verirlər.

Krımın rəhbəri Sergey Aksyonov isə deyib ki, “diversantları” öldürüb cəsədlərini sərhəddən asmaq lazımdır. “Fermerlər qarğaları asdıqları kimi. Qoy Ukraynaya dərs olun”-o deyib.

Virtualaz.org

BIR CAVAB BURAXIN