Putin Steinmeier-in prezident olmasına sevinsə də…

0
884
epa05754717 Former German Foreign Minister Frank-Walter Steinmeier gestures during a handover ceremony in the Federal Foreign Office in Berlin, Germany, 27 January 2017. In an official ceremony earlier, German President Joachim Gauck signed the certificates of discharge Sigmar Gabriel from the Ministry of Economy and Steinmeier from the Ministry of Foreign Affairs. EPA/CLEMENS BILAN

Almaniyanın yeni prezidenti Frank-Walter Steinmeier

Almaniyanın yeni prezidenti Frank-Walter Steinmeier

Almaniyada xarici işlər naziri Frank-Walter Steinmeier ölkənin prezidenti seçilib.

Almaniyada prezident vəzifəsi İkinci Dünya Müharibəsindən sonra təsis edilib və əsasən mərasim xarakteri daşıyır.

Ötən ayadək ölkənin xarici işlər naziri olmuş sosial-demokrat Steinmeier-ə 1239 millət vəkili və 16 federal torpağın nümayəndələrindən 931-i səs verib.

Bundestaqın spikeri Norbert Lammert səsvermə nəticələrini elan etdikdən sonra bütün parlament gurultulu alqışlarla ayağa qalxıb. Təkcə antimiqrant sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının üzvləri əl çalmayıblar və ayağa qalxmayıblar.

AfD-nin Bundestaqda mandatı yoxdur, lakin o Almaniyanın 16 ştatının parlamentlərində 10 yerə malikdir.

AfD-nin prezidentliyə namizədi 42 səs qazanıb.

“Mən inanıram ki, Steinmeier bizim ölkəmizə çətin vaxtlarda rəhbərlik edə biləcək” – deyib kansler Angela Merkel.

Xanım Merkelin özü kanslerliyə dördüncü müddətə namizədliyini irəli sürəcək.

“Anti-Tramp prezident”

Reuters agentliyi xəbər verir ki, Steinmeier-in prezident seçilməsindən dərhal sonra Rusiya prezidenti Vladimir Putin onu təbrik edib və Moskvaya rəsmi səfərə çağırıb.

Reuters diqqəti belə bir məqama çəkir ki, Steinmeier ötən il NATO-nun şərqi Avropada hərbi manevrlər keçirməsini tənqid etmiş və bunu “qılınc oynatmaq” adlandırmışdı.

Bundan başqa yeni prezidentin sosial-demokrat partiyadaşları Merkelin mühafizəkarları ilə müqayisədə Rusiyaya daha yumşaq münasibət təklif edirlər.

Rusiya yumşaq münasibəti ona qarşı Krımın ilhaqına və Ukraynanın şərqində münaqişəni qızışdırdığına görə Avropa İttifaqı tərəfindən qoyulmuş sanksiyaların qaldırılmasında görür.

Lakin “The İndependent” qəzeti yazır ki, cənab Steinmeier-in Putini qane etməyəcək tərəfi də var.

Almaniya qəzetləri onu “anti-Tramp prezident” adlandırıblar. O Donald Tramp-ı ABŞ prezident seçkisi kampaniyası zamanı daim sərt tənqid edib.

Steinmeier dünya boyunca populistlərin yüksəlişi barədə suala cavab verərkən deyib ki, AfD kimi millətçilərdən, Britaniyanın Avropa İttifaqından çıxmasına sevinənlərdən və Donald Tramp kimi “nifrət vaizlərindən” qorxmaq lazım deyil.

BIR CAVAB BURAXIN