Putin KTMT baş katibinin həbsini problem adlandırıb

0
603
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Ermənistanda barəsində istintaq gedən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov ətrafındakı vəziyyətlə bağlı məsələ qaldırıb.
Bu barədə məlumatı TASS yayıb. “Əsas bizim üçün problem olan KTMT baş katibi barədə məsələni müzakirə etməkdir” – deyə Nazarbayev bildirib.

Putin isə Nazarbayevə dəstək verib: “KTMT və Avrasiya İqtisadi Qrupu çərçivəsində geniş müzakirələr üçün böyük gündəlik və proqramlar mövcuddur. Və sizin qeyd etdiyiniz problem xarakterli suallar da gündəlikdə var”.

Qeyd edək ki, Ermənistanın Xüsusi İstintaq Xidməti Yuri Xaçaturova qarşı 1 mart 2008-ci il tarixdə nümayişin dağıdılması ilə bağlı ittiham irəli sürüb. Həmin dövrdə Xaçaturov Ermənistan silahlı qüvvələrinin Yerevan qarnizonuna rəhbərlik edib.

Xaçaturov saxlanılsa da, daha sonra azad edilib. Yuri Xaçaturov 2017-ci ildə KTMT-nin baş katibi təyin olunub. Onun səlahiyyət müddəti 2020-ci ildə sona çatır. (azvision.az)

BIR CAVAB BURAXIN