“Putin kimi diktatorlara qarşı dura bilən…” – Rasmussen Putin əleyhinə

0
712

“Putin kimi diktatorlara qarşı durmağı bacaran ABŞ prezidentinə çox ehtiyacımız var”– Anders Foq Rasmussen

“The Wall Street Journal” (ABŞ), 21.09.2016

Masanın arxasına əyləşməyə macal tapmamışdım, Vladimir Putin mənə dedi ki, o zaman başçılıq etdiyim NATO-nun daha heç bir məqsədi yoxdur, buna görə də onu buraxmaq lazımdır. “Soyuq müharibə bitdikdən sonra biz Varşava paktını buraxdıq, – o dedi. – Siz də eynilə bu cür NATO-nu buraxmalısınız. Bu, soyuq müharibənin qalığıdır”.

2009-cu ilin dekabrında Moskvaya səfər vaxtı hiss etdim ki, prezident Vladimir Putin II dünya savaşından sonra ABŞ-ın olduqca uğurla yaratığı dünya düzəninə meydan oxuyur.O, 2014-cü ildə Ukrayna ərazisinə soxuldu, sonra Suriyada hərbi əməliyyatlara başladı.

Danimarkanın baş naziri və NATO baş katibi işləmək təcrübəmdən bilirəm ki, Amerika liderliyi nə qədər önəmlidir. Bütün azad dünyanı öz ardınca aparmağa qabil və hazır olan və Vladimir Putin kimi diktatorlara qarşı durmağı bacaran Amerika prezidentinə çox ehtiyacımız var. Arxada deyil, irəlidə gedən prezident lazımdır.

Dünyaya elə bir polis lazımdır ki, azadlıq və tərəqqi zülmə qalib gəlsin və bu cür posta yeganə qabiliyyətli, etibarlı və umulan lider Birləşmiş Ştatlardır. Beləliklə, ABŞ-da prezident seçkiləri ən mühüm tarixi məqamda baş tutur.

Yaxın Şərqdə müharibə tüğyan edir. Şimali Afrikada terrorizm ocağı olmuşLiviya bölünüb. Güclənən Rusiya Şərqi Avropada Ukraynaya qəddar həmlə edərək torpağını zorla ələ keçirib. Çin əzələ oynadıb qonşulara gücünü göstərir, didərgin dövlət Şimali Koreya isə nüvə hücumu hədəsi gəlir.

Qarşılıqlı şəkildə asılı olan dünyamızda “kürəsəl kənd”dən danışmaq adətə çevrilib.Lakin bu kənd hazırda alov içindədir, qonşular isə alovun işığında dalaşır. Qayda-qanun yaratmaq üçün bizə polis lazımdır. Lakin bizə həm də münaqişə alovunu boğmağı bacaran yanğınsöndürən, bərpa prosesinə başçılıq etməkdən ötrü ağıllı və sağlam düşünən mer gərəkdir.

Bütün bu funksiyaları ancaq Amerika yerinə yetirə bilər, çünki dünya dövlətlərinin hamısından təkcə o, yetərincə etibar və nüfuza malikdir ki, qərarların gələcək tələbatının qeydiyyatını təmin etsin.

Rusiya Sovet İttifaqının itirdiyi imperiyanın bərpasına mübtəladır. Çin əvvəlki kimi əsasən bölgə dövlətidir. Avropa zəifdir, parçalanıb və lideri yoxdur. Qoca dövlətlər Fransa və Britaniya nə zamansa oynadığı kürəsəl rola dönmək üçün, sadəcə, çox balacadır və taqətdən düşüb.

Və məsələ təkcə vəsaitdə deyil. Məsələ həm də mənəviyyatdadır. Təkcə Amerika zəruri maddi əzəmətə malikdir ki, xaosa sürüklənməyi dayandırsın. Təkcə onun mənəvi böyüklüyü var ki, bunu hakimiyyət xatirinə deyil, sülh naminə etsin.

Lakin Birləşmiş Ştatların rəhbərlərinin yalnız qəti inamla hərəkət edəcəyi halda ABŞ dünyaya lazım olan qərarları müəyyən edə bilər. Amerika geri çəkilib daldalananda və dünya onun səbrini münaqişələrin qabağını almaq və nizamlamaq istəksizliyinin əlaməti kimi düşünməyə başlayanda, şərəfsiz diktatorların sürətlə doldurduğu boşluq əmələ gəlir.Obama administrasiyasının dünya lideri olmaq istəksizliyi ciddi nəticələr doğurur və bunlardan ən fəlakətlisi Vladimir Putinin davranışıdır. Avropa və ABŞ-ı qəflət basınca o, Suriyada Əsəd rejiminə dəstək üçün amansız hərbi əməliyyata başladı və Rusiyanı önəminə görə Amerikadan geri qalmayan dünya dövləti kimi təqdim etməyə çalışdı. Avropada nüfuz dairəsi biçməyə və Rusiyanı Amerika nüfuzunu zəiflətməyə qabil bölgəsəl dövlət qismində təsbit etməyə cəhd edir.

Bu, müstəbidlərin, terroçuların və didərgin ölkələrin II dünya savaşından sonra yaradılmış və bəşəriyyətə misli görünməmiş sülh, tərəqqi və inkişaf dövrü təmin etmiş beynəlxalq düzənə əsaslanan Amerika liderliyinə meydan oxuduğu şəraitdə bu gün karta qoyulanların yalnız bir neçə nümunəsidir.

Növbəti prezident bu mirası xatırlamalıdır. Amerika təcridçiliyi ABŞ və digər azadlıqsevər dövlətlərə daha etibarlı sülh və rifah təmin etməyəcək, dəhşətli diktatorlara və digər müstəbidlərə sərbəstlik verməklə onları zəiflədəcək. Amerika təcridçiliyi, hər şeydən öncə, qaydalara söykənən, xeyli xalqa azadlıq və çiçəklənmə bəxş etmiş dünya düzəninin gələcəyinə təhdid yaradacaq.

Anders Foq Rasmussen Danimarkanın keçmiş baş naziri və NATO-nun keçmiş baş katibidir. Bu ay onun “Liderlik iradəsi – azadlıq uğrunda kürəsəl mübarizədə Amerikanın əvəzsiz rolu” (The Will to Lead — America’s Indispensable Role in the Global Fight For Freedom) kitabı çapdan çıxacaq.

Tərcümə Strateq.az-ındır.

BIR CAVAB BURAXIN