Qərb mediası SSRİ-nin ən qüdrətli və qorxunc təşkilatı olan Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) və ya “el dilində KGB-nin” qayıtdığını yazır.
Foreign Policy dərgisinin başlığı elə belə də deyir: “Putin nəhayət ki, DTK-nı diriltdi”.
Agentura.ru saytının həmtəsisçisi, təhqiqat jurnalisti Andrey Soldatov yazır ki, “Soyuq Müharibənin sona çatmasından 25 il sonra, Sovet İttifaqının ən bədnam casus təşkilatı bircə adını çıxmaq şərtilə bütün məziyyətləri ilə birlikdə qayıdıb gəlib”.
Məqalədə deyilir ki, ötən bazar günü Rusiya əhalisinin başı parlament seçkilərinə qarışarkən “Kommersant” qəzeti, əgər doğru çıxarsa, nəticəsi çox uzaqlara gedən bir hadisə barədə xəbər verib.
“Kommersant” yazıb ki, Rusiya prezidenti Vladimir Putin ölkənin təhlükəsizlik xidmətlərini başdan-ayağa yenidən qurmağı planlaşdırır. Qəzetin verdiyi məlumata görə söhbət Xarici Kəşfiyyat Xidmətinin (SVR) və ölkə daxilinə göz qoyan Federal Təhlükəsizlik Xidmətinin (FTX – FSB)birləşdirilməsindən gedir.
Bu da deyilir ki, yeni qurumun adı Dövlət Təhlükəsizliyi Nazirliyi adlanacaq. Bu isə artıq qüdrətli və zəhmli İosif Stalinin 1943-1953-cü illərdə fəaliyyətdə olmuş təhlükəszilik xidmətinin adını xatırladır.
Stadionlardan kilsələrədək
Ümumilikdə isə xarici kəşfiyyatla daxili müşahidənin birləşdirilməsi daha çox Dövlət Təhlükəsizliyi Komitəsini və ya rusca qısaca deyilsə KGB-ni yada salır.
Andrey Soldatov yazır ki, KGB vəzifəsi ölkəni və vətəndaşları qorumalı olan Qərb təhlükəsizlik xidmətlərindən mahiyyətcə tamamilə fərqlənirdi.
“DTK-nın vəzifəsi ilk növbədə Sovet rejimini qorumaq idi”, – yazır Soldatov.
Bu təşkilatın funksiyasına idmandan tutmuş kilsəyə qədər bütün sahələrə göz qoymaq daxil idi.
Soldatov yazır ki, bir ara Rusiya liderləri həmin bu DTK-nı siyasətsizləşdirilmiş bur quruma çevirmək istəyirdilər.
1991-ci ildə Sovet İttifaqı çökəndə bu təşkilat başağrısına çevrilmişdi. Elə həmin ildə baş vermiş və məqsədi Mixail Qorbaçovu devirmək olan hərbi çevriliş cəhdinin rəhbərlərindən biri də DTK-nın o vaxtkı sədri Vladimir Kryuçkov idi.
Qorbaçovdan sonra Rusiyanın prezidenti olan Yeltsin bu təşkilatla necə hərəkət etməli olduğunu bilmirdi və elə buna görə də DTK-nı ayrı-ayrı qurumlara parçalamışdı.
Bu parçalardan ən böyüyü əvvəl-əvvəl Təhlükəsizlik Nazirliyi, daha sonra Federal Əks-Kəşfiyyat Xidməti və ən nəhayət Federal Təhlükəsizlik Xidməti (FTX) adlandırılmışdı.
Bu orqanın rolu antişpionaj və antiterror fəaliyyətindən ibarət olmalıydı. DTK-nın keçmiş xarici kəşfiyyat departamenti isə yeni agentliyə çevrilmiş və Xarici Kəşfiyyat Xidməti və ya rusca qısaca SVR adlandırılmışdı.
DTK-nın elektron dinləmə və şifrələmə departamentinin yeni adı Hökumət Kommunikasiyaları və İnformasiya Federal Agentliyi idi.
DTK-nın Sovet liderlərini mühafizə edən bölümü dönüb Federal Mühafizə Xidməti olmuşdu. DTK-nın gizli yeraltı qurğuları mühafizə edən bölməsi də vardı və ona da qəribə bir yeni ad verilmişdi: Prezident üçün Xüsusi Proqramlar Direktorluğu.
SSRİ sərhədlərini qoruyan qüvvələr ayrıca xidmətə çevrilmiş və Federal Sərhəd Xidməti adlandırılmışdı.
Əlifba həftəbecəri
Bütün bu “əlifba həftəbecərinin” içində DTK-nın əsas xələfi FSK – Federal Əks-Kəşfiyyat Xidməti idi, lakin ondan xarici kəşfiyyat funksiyalarını almışdılar. Qurum həm də artıq Rusiya liderlərinin mühafizəsinə təhkim deyildi, məxfi bunkerləri əlindən alınıb birbaşa prezidentin tabeçiliyinə verilmişdi. Lakin sonrakı inkarnasiyasında agentlik missiyalarını tədricən özünə qaytararaq bir növ Britaniyanın Mİ5 agentliyinin funksiyalarını əxz etmişldi.
Soldatov yazır ki, Yeltsin komandasının bu keçmiş totalitar dövlətin məxfi xidmətini demokratiyanın kəşfiyyat icmasına çevirmək üçün aydın srategiyası yoxdu.
Belə görünürdü ki, bu təşkilatı islah etmək mümkün deyildi. Dəyişən yalnız OGPU-NKVD-MGB-NGKB-KGB-MB şəklində abreviaturalar idi. Son illərdə aparılan strukturlaşdırma isə əsasən zahiri və kosmetik xarakter daşıyırdı.
Terminator
Foreign Policy yazır ki, 1990-cı illərin ortalarında köhnə KGB-nin parçaları və funksiyaları yenidən FSK-ya – Federal Əks-Kəşfiyyat Xidmətinə axmağa başlamışdı. Bu lap Terminator 2 filmində qatil T-1000 adlı androidin maye metal hissələrinin axıb yenidən birləşməsinə bənzəyirdi.
1994-cü ildə Yeltsinin bir necə fərmanı ilə təşkilatın funksiyaları və hətta işgəncələr yuvası Lefortovo həbsxanası ona qaytarılmışdı. 1995-ci ildə FSK FSB-yə çevrilmişdi.
Beləliklə, əsas komponent olan B hərfi (bezopastnost) agentliyin adına qaytarılmışdı. Lakin bu dəyişmə artıq kosmetik deyildi. FTB (FSB) -nin missiyası indi artıq bütün Rusiyanın “təhlükəsizliyi” idi.
Növbəti beş ildə isə qalan bədnam funksiyalar – artıq “ekstremist” kimi damğalanan dissidentlərin təqib edilməsi funksiyası da yeni qurumun ixtiyarında idi. SVR ləğv edilmədən FSB-nin də paralel olaraq xarici kəşfiyyat bölümü vardı.
Ölməyən miflər
Soldatov yazır ki, Putin 2000-ci ildə hakimiyyətə gələndə bir müddət xələfinin – Yeltsinin qoyduğu cığırla gedir, xüsusi xidmətlər arasında rəqbaəti nizamlamağa çalışırdı. Lakin artıq 2003-cü ildə o FTX-nin sərhəd xidmətini və hökumətin kommunikasiyalarını da qanadları altına almasına imkan verdi. İndi artıq FTX polis və ordudan üstün tutulurdu.
FP-də dərc olunmuş məqalədə deyilir ki, “özü keçmiş DTK zabiti olan və DTK mifləri ilə böyüyən Putin” FTX kimi bir qurumla qane ola bilməzdi və onu nə isə daha böyük bir təşkilata çevirmək əzmindəydi.
Məhz buna görə də prezident FTX-dən mühüm hökumət və dövlət bizneslərinin rəhbəri postlarının doldurulması üçün başlıca kadrlar bazası kimi istifadə etməyə başlamışdı. FTX-nin agentləri yeni Rusiyanın ideologiyasını təcəssüm etdirməliydilər.
Lakin artıq 2000-ci illərin sonlarında aydın görünürdü ki, Putin FSB-FTX-də daha böyük dəyişikliklər planına malikdir. Lakin bu planların FTX-ni daha da yüksəldəcəyi, yoxsa məhv edəcəyi bəlli deyildi.
Putin artıq agentliyin effektivliyindən razı olmadığını bildirməyə başlamışdı.
2007-ci iildə Putin başqa bir xüsusi xidmətin – antinarkotik xidmətinin rəhbəri və şəxsi dostu Viktor Çerkesova FTX-nin təftişini tapşırmışdı.
Belə görünürdü ki, Putin FTX-nin axırına çıxmaq istəyir. Lakin agentlik üzərinə hücum iflasa uğradı və Putin dostunu işdən azad etməli oldu.
Alət
Bundan sonra prezident daha bir qüdrətli qurum yaratdı. Bir növ Amerikanın FTB-sinə bənzəməli olan qurum – İstintaq Komitəsi yaradıldı. Bu yeni qurum Anna Politkovskaya və Boris Nemtsov kimi Kreml tənqidçilərinin qətllərinin araşdırılmasından tutumuş dissidentlərin təqibinədək ən həssas məsələlərlə məşğul olmalıydı.
Nəhayət Putin təpədən dırnağadək silahlı hərbi birləşmə – Milli Qvardiyanı yaratmışdı. Bu qvardiya daxili ixtilaflara qarşı mübarizə aparmalıydı.
Soldatov yazır ki, 2000-ci illərdə və 2010-cu illərdə belə görünürdü ki, Putinin FTX-dən narazılığına cavab sadəcə olaraq yeni-yeni agentliklərin yaradılması olacaq.
Lakin bu həftə yaylmış xəbərlərdən görünür ki, həmin strategiya qəfildən başa çatıb və əgər “Kommersant” qəzetinin yazdığı düzdürsə, onda deməli Putin FTX barədə son qərara gəlib: Təşkilat özünün əvvəlki şöhrəti ilə bir daha və yenidən ölkənin ən qüdrətli təhlükəsizlik orqanı olacaq.
Məqalədə deyilir ki, 2018-ci ilin seçkisi ərəfəsində əsəbilik keçirən Putin təhlükəsizlik xidmətlərini bir nəhəng təşkilatda mərkəzləşdirmək qərarına gəlib.
Soldatov yazır ki, bu mühüm transformasiyada FTX hər halda funksiyalarından biri ilə vidalaşmalı olub. Bundan sonra onun əməkdaşlarından hökumət və iqtisadiyyat üçün rəhbər kadr bazası kimi istifadə olunmayacaq.
Putin aydın mesaj verib: “ona öz rejimini qorumaq üçün xalis və sadə bir alət lazımdır, lap bir vaxtlar DTK Siyasi Büronun aləti olduğu kimi” – deyilir məqalədə.
Qaynar mövzu
-
‘İrana xəstə axınının bir səbəbi də dərmanlardır’
Azərbaycanda keyfiyyətsiz dərmanlar tüğyan edir, tibb mütəxəssisləri əhalini diqqətli olmağa çağırır…
-
‘Onlara dedik ki, oğurlayırsınız, heç olmasa…’
Günün bütün mövzuları
-
Putin DTK-nı necə ‘dirildir?’
-
Avropa Parlamenti Türkiyə ilə üzvlük danışıqlarını dayandırmağa səs verdi
-
Surət Hüseynov neft biznesində?
-
Azərbaycan pensiyası ilə Çexiyada neçə gün yaşamaq olar?
-
Çex pensiyaçı azərbaycanlı yaşıdlarının yaşayışını ‘dəhşətli’ adlandırır
-
‘Qulluqçu və bir çamadan qızıl’ məhkəməsinə jurnalistlər buraxılmadı
-
Rəsmi Bakı ilə Ankaranın azad mediaya münasibəti eyniləşib
-
“Qəbələ”-“Anderlext” 1:3. “Slovan”-“Qarabağ” 3:0
-
‘İrana xəstə axınının bir səbəbi də dərmanlardır’
-
Uşağını rus məktəbinə qoyanlar niyə artır
-
Vətəndaş cəmiyyətinin Belqradda müzakirəsi
-
Qusarda şaxtanın can aldığı deyilir
-
Qeyri-adi evlilik
-
‘Onlara dedik ki, oğurlayırsınız, heç olmasa…’
-
Yanan bina işi: ‘Tüstüdən boğulmurdusa, özünü niyə atırdı?’
-
‘Bir yol qalır, məktubları Gürcüstandan yola salmaq’ [araşdırma]
-
Avropa Məhkəməsinə gedən daha bir şikayət itib
-
E.Məmmədyarov polşalı həmkarının müavini qəbul edib
-
Müdafiə naziri: ‘Məqsədimiz torpaqların azad olunmasıdır’
-
AzərTac da publik hüquqi şəxsə çevrilir
-
Obama 2 hinduşkanı əfv elədi
-
Dərmanın kəyfiyyətini necə yoxlayırsınız?
-
Prezident ‘nefti unudun’, nazir ‘neft bahalaşacaq’, deyir
-
Kocharian: ‘Azərbaycanın mövqeyi elə bir mərhələyə gətirib çıxarıb ki…’
-
“Azərbaycan gəncliyini zülmətə salmısız”
-
Bayram Məmmədov: ‘Məni döyənlərdən biri də bu idi’
-
Ziyafət Əsgərov: ‘Azərbaycan böhranda da iqtisadiyyatını inkişaf etdirib’
-
ABŞ-da Azərbaycana silah göndərmək istəyən həbs olunub
-
Hicabda boks yarışına buraxılmadı, amma…
-
Banka borcu olanları hədələyir, güllə atırlar
Sənin fikrin