Putin Dağıstan rəhbəri postuna təyinatı ləngidir

0
588

Dağıstan rəhbəri Ramazan Abdulatipov “öz ərizəsi ilə” işdən çıxsa da Kreml onun yerinə kimin namizədliyinə üstünlük verdiyini hələ açıqlamır.Virtualaz.org xəbər verir ki, Dağıstan rəhbəri postuna əsas namizədlər Şimali Qafqaz üzrə prezidentin keçmiş səlahiyyətli nümayəndəsi, “Rosqvardiya”nın direktor müavini, general-polkovnik Sergey Məlikov və respublikanın keçmiş rəhbəri, hazırda Kreml administrasiyasında işləyən Maqomedsalam Maqomedov hesab edilir. Lakin məlumatlara görə Dağıstandakı nüfuzlu klanların başqa namizədləri də var, hərçənd onların şansları elə də yüksək deyil.

Ramazan Abdulatipov “Komsomolskaya pravda”ya müsahibəsində deyib ki, istefa barədə qərarı Rusiya prezidenti Administrasiyasının rəhbəri Anton Vayno ilə söhbətdən sonra qəbul edib. Lakin o, söhbətin məğzini açıqlamayıb. Dağıstan mənbələri isə bildirir ki, Abdulatipov könüllü getməyib, onun istefası barədə tələbi Kreml administrasiyası qoyub. Səbəb isə Dağıstandakı vəziyyət, Abdulatipovdan narazılığın yeksək olmasıdır.

RİA Novosti bildirir ki, Putinə Dağıstan rəhbəri postuna bir neçə nəfərin namizədliyi təqdim edilib. Lakin onun qərarı hələ məlum deyil. “Bunu demək düzgün olmazdı ki, general Melikov əsas namizəddir. Baxmayaraq ki, güc strukturlarındandır və bu da Dağıstan kimi region üçün mühümdür. Maqomedovun qaytarılması da tamamilə ehtimal ediləndir”-mənbə agentliyə bildirib.

 

Jurnalist Maksim Şevçenko isə bildirir ki, Putin Dağıstan rəhbəri postuna kimitəyin etmək barədə artıq qərar verib, lakin özünəməxsus klassik pauza edərək klanların reaksiyasını yoxlayır. “Kreml yeni rəhbərin adını hələlik ona görə açıqlamır ki, Dağıstandakı bütün klanları və qruplaşmaları panikada saxlamaq istəyir”-jurnalist iddia edir.

BIR CAVAB BURAXIN