Prokuror separatçı Dağlıq Qarabağ rejiminin keçmiş “müdafiə naziri”nə 7 il iş istədi

0
616
 

“İqla” zenit raket kompleksinin qanunsuz dövriyyəsində şübhəli bilinən separatçı Dağlıq Qarabağ rejiminin keçmiş “müdafiə naziri” Samvel Babayana prokuror iş istəyib.

Arazinfo.com-un APA-ya istinadən verdiyi məlumata görə, Yerevanın Kentron və Nork-Maraş rayon məhkəməsinin bu gün keçirilən iclasında çıxış edən dövlət ittihamçısı onun 7 il müddətində azadlıqdan məhrum edilməsini tələb edib.

Məhkəmənin növbəti iclası noyabrın 20-nə təyin olunub.

Xatırladaq ki, hadisə ilə bağlı cinayət işi ötən il sentyabrın 20-də açılıb.

Həmin ilin iyulunda Ermənistan vətəndaşı, “DQR”-in keçmiş “müdafiə naziri” Samvel Babayan Rusiyada yaşayan tanışında olan külli miqdarda oğurluq avronu əldə edərək Ermənistanda dövriyyəyə buraxmağa cəhd edib. Həmin pullar Rusiyadan Ermənistana gətirilərkən Milli Təhlükəsizlik Şurası əməkdaşları tərəfindən saxlanılıb.

Məlum olub ki, Samvel Babayan həmçinin “İqla” zenit raket kompleksini əldə etməyə çalışıb.

BIR CAVAB BURAXIN