Problemli kreditlərlə bağlı layihə hazırlanıb

0
742

11

«Azərbaycanda maliyyə bazarının inkişafı ilə bağlı yeni qanun layihələri hazırlanıb, bəzilərinin üzərində isə iş aparılır».

«Report»un xəbərinə görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

O, qeyd edib ki, layihələrdən biri problemli bankların idarə olunması, vaxtı keçmiş kreditlərin restrukturizasiyası ilə bağlıdır: «Bu qanun layihələri ilə bağlı müzakirələr yaxın vaxtlarda başlayacaq».

Restrukturizasiya- iqtisadi səmərəni və bazar rəqabətinin yüksəldilməsi istiqamətində geniş dairəli tədbirlər sistemidir.

Yəni, müştəri bankdan kredit götürüb, aylıq ödənişi 300 manat təşkil edir. Hər hansı səbəb üzündən bu məbləği ödəmək iqtidarında deyil və banka müraciət edir ki onun aylıq ödəməli olduğu məbləği azaltsınlar (ümumi məbləğ olduğu kimi qalmaq şərti ilə). Bank razılığa gəldiyi zaman müştərinin məbləğini ona münasib rəqəmlərə bölür.

Bir müddət öncə Azərbaycanda problemli kreditlərin 1 milyard 500 milyon manatı keçdiyi bildirilirdi. Beynəlxalq maliyyə qurumları bu məbləğin ilin sonuna kimi artacağını proqnozlaşdırırdılar.
2015-ci ildə baş verən iki devalvasiyadan sonra əhalinin dollarla götürdükləri kreditləri qaytarmasında problemlər yaşanıb.

BIR CAVAB BURAXIN