ABŞ Konqresinin Nümayəndələr palatasının Milli təhlükəsizlik üzrə komitəsinin sədri Maykl Makkol prezidentliyə namizəd Hillari Klintonu dövlətə xəyanətdə ittiham edib.
Makkolun fikrincə, ABŞ dövlət katibi vəzifəsində işlədiyi vaxtda şəxsi elektron poçtundan xidməti yazışmalar üçün istifadə etmiş Hillari Klintonun əməli dövlətə xəyanətdir.
“İndi öyrənirik ki, mənə əvvllər FTB (Federal Təhqiqatlar Bürosu) direktoru Ceyms Kominin çatdırdığı kimi, çox güman, ABŞ-a düşmən olan ölkələr Klintonun özəl serverinə daxil ola biliblər”, – 2009-2013-cü illərdə Amerikanın xarici siyasət idarəsinə rəhbərlik etmiş Maykl Makkol deyib.
Onun sözlərinə görə, özəl serverindən istifadə etməklə Hillari Klinton dövlət sirlərini xarici ölkələrə açıb.
“Zənnimcə, əgər tamamilə səmimi olsaq, bu dövlətə xəyanətdir”, – Texas ştatından Konqresə seçilmiş respublikaçı Makkol deyib.
Virtualaz.org