Prezident qızları: Ataları kimi güclü və nüfuzlu

0
924

 

Ivanka Trump next to her father, Donald TrumpFotonun müə
Ivanka Trump is already a businesswoman and celebrity in her own right

Ivanka Trump-a Ağ Evdə ofis ayrıldığı və o ölkənin “birinci qızı” olduğu bir zamanda, BBC müxbiri Valeria Perasso dünyanın digər tanınmış birinci qızlarına nəzər salıb.

Administrasiya rəsmisinin bildirdiyinə görə, Ivanka Trump, Amerikanın yeni “birinci qızı” təyin olunub və Ağ Evdə ofislə təmin edilib.

35 yaşlı Ivanka Trump, Donald Trump-ın “gözləri və qulaqları” kimi xidmət göstərəcək, lakin Qərb Qanadında (Ağ Evin prezident ofisi yerləşən hissəsi) işləməyə başladıqdan sonra, rəsmi titul və maaşla təmin olunacaq.

Uğurlu iş qadını və məşhur sima kimi tanınan Ivanka Trump, dünya üzrə dövlət başçılarının tanınmış qızlarının artan siyahısına ən son əlavədir.

BBC müsbiri Valera Perasso digər birinci qızların fərqli fəaliyyətlərindən yazıb.

Maryam Nawaz Sharif greets the crowdsFotonun mü
Məryəm Navaz atasının seçki kampaniyasında mühüm rol oynayıb

Ailə kampaniyası

43 yaşlı Məryəm Navaz Şərif, Pakistan Baş Naziri Navaz Şərifin qızıdır.

Ailənin xeyriyyə təşkilatlarındakı fəaliyyəti ilə tanınan xanım Navaz, atasının 2013-cü il seçki kampaniyasının təşkilində də uğurla rol oynayıb.

Hazırda o, atasının sağçı Pakistan Müsəlman Liqasında işləyir.

“O, həmişə diqqət mərkəzindədir,” BBC Urdu müxbiri Asif Faruqi deyir. Faruqi onunla bir neçə dəfə görüşüb. “Əgər qismətində atasının siyasi varisi olmaq yoxdursa belə, o, güclü şəxsiyyət kimi formalaşıb.”

Keçən il onun adı Panama sənədlərində hallanıb. İddia olunurdu ki, o və iki qardaşı Londonda dəbdəbəli mülklər almaq üçün ofşor şirkətlər və hesablardan istifadə edib.

Atası iddiaları təkzib edərək bildirib ki, bu “öz siyasi məqsədlərindən ötrü məni və ailəmi hədəfə alan insanların işidir”.

İddialar Pakistan Ali Məhkəməsi tərəfindən nəzərdən keçirilir və hökmün iki həftəyə oxunulacağı gözlənilir.

Katerina Tikhonova dances with Ivan Klimov during the World Cup Rock'n'Roll Acrobatic Competition in Krakow, 2014Fotonun müəl
Putinin qızı Yekaterina həvəskar akrobatik rock and roll rəqqasəsidir.

Rock and roll rəqqasəsi

Rusiya prezidenti Vladimir Putin şəxsi həyatı haqqında mühafizəkar olması ilə tanınır. Son illərədək onun iki qızı barədə çox az məlumat mövcud idi.

“Rusiyalı rəsmilər hər hansı media maraqlarını son dərəcə yüksək şübhə ilə qarşılayırlar,” BBC Rusca-nın redaktoru Famil İsmayılov deyir. “Jurnalistlərə yalnız nə dərəcə çox irəli gedə biləcəkləri qalır və məlumatın böyük hissəsi ailə tərəfindən təsdiqlənmir.”

2015-ci ildə prezidentin kiçik qızı Yekaterinanın Moskvada Katerina Tixonova adı ilə yaşadığı ortaya çıxdıqdan sonra, diqqətlər ona yönəldi.

Bundan sonra rusiyalılar, müxtəlif mətbuat xəbərlərindən onun tanınmış biznesmen və atasının dostunun oğlu Kirill Şamalov ilə evli olması barəsində eşitdilər. Cütlüyün qaz və neft-kimya sənayesindən gələn gəlirlər sayəsində 2 milyard dollar dəyərində varidatı olduğu deyilir.

Hazırda 30 yaşı olan Yekaterina, Moskva Dövlət Universitetinin intellektual inkişafı üzrə dövlət tərəfindən maliyyələşdirilən layihələri idarə edir.

Onun bir neçə milyon dollar dəyərində olan və Putinin daxili çevrəsi və müşavirlərinin də üzv olduğu müqavilələri nəzarətdə saxladığı deyilir.

Tixonova həvəskar akrobatik rock and roll rəqqasəsidir və 2013-cü il İsveçrədə keçirilən Dünya Çempionatında beşincilik əldə edib.

Isabel dos SantosFotonun Xanım Dos Santos atası tərəfindən dövlət neft şirkətinin rəhbəri təyin edilib.

“Afrikanın ən varlısı”

43 yaşlı İsabel dos Santos Anqolanın veteran və 1979-cu ildən bəri hakimiyyətdə olan prezidenti Jose Eduardo dos Santos-un böyük qızıdır.

O, dövlətə məxsus Sonangol neft şirkətinin başçısıdır və 2013-cü ildə Forbes jurnalı onu Afrikanın ən varlı və 3.2 milyard dollar varidatı olan ilk milyarder qadını adlandırıb.

Xanım Dos Santos Britaniyada təhsil alıb və iqtisadiyyat, telekommunikasiya və brilyant sənayesində paya sahibdir. Bu onu Anqolanın ən nüfuzlu iş adamı edib.

Onun Anqolanın keçmiş müstəmləkəçisi olan Portuqaliyada elektrik, neft və qaz sektorları üzrə də investisiyaları var.

Transparency International ölkəni, dünyanın ən korrupsiyaya uğramış ölkələrindən biri adlandırıb. Xanım Dos Santos var-dövlətini atası sayəsində əldə etməsi barəsində tez-tez tənqidə məruz qalır. Bu iddianı özü və müşavirləri inkar edirlər.

“Bu gün qazandığım uğurları, bir gecəyə əldə etməmişəm,” o, 2015-ci ildə BBC-ə deyib. “Bunları əldə etmək üçün 20 il vaxt lazım olub.”

Turkish President Recep Tayyip Erdogan's daughter Sumeyye Erdogan and her husband Selcuk BayraktarFotonun Sumeyye Erdoğan müdafiə sənayesində iş adamı olan Selcuk Bayraktarla evlidir

Atasının ən sevimlisi

31 yaşlı Sümeyye Erdoğan Türkiyə prezidenti Recep Tayyip Erdoğanın ən kiçik qızıdır və atasının ən sevimlisi kimi tanınır.

“Atası ona “mənim ceyranım” deyə müraciət edir,” BBC Türkcə müxbiri İrem Köker deyir. “Türkiyədə bu söz, gözəl və qiymətli insanlara müraciətdə istifadə olunur.”

ABŞ və Britaniyada təhsil almış Sümeyye Erdoğan, hakim Ədalət və İnkişaf Partiyasına (AKP) rəhbərliyi dövründə atasının müşaviri kimi xidmət göstərib və onu müxtəlif diplomatik səfərlərdə müşayiət edib.

2015-ci ildə Sümeyyenin parlamentə üzv olacağı ilə bağlı şayiələr dolaşsa da, bu, baş tutmayıb.

Hazırda o, Türkiyədə qadın haqları müdafiə qrupunda fəaliyyət göstərir.

Kampaniya rolundan başqa Sümeyye, atası və hakimiyyətin dəstəkçisi kimi tanınır.

Leyla and Arzu AliyevaFotonun Leyla  Leyla Əliyeva (solda) və bacısı Arzu (sağda)

İş adamı və ailənin elçisi

Leyla Əliyeva 2003-cü ildə öz atası Heydər Əliyevdən sonra prezident olan İlham Əliyevin ən böyük övladıdır.

O, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti vəzifəsində yenicə Azərbaycanın birinci vitse-prezidenti təyin edilən anası Mehriban Əliyevanın müavinidir. Fond öz məqsədinin ölkənin “sosial-iqtisadi inkişafına” yönələn layihələri həyata keçirmək olduğunu deyir.

Azərbaycanı bir çox beynəlxalq və yerli mədəni tədbirlərdə təmsil edən Leyla Əliyeva 2009-cu ildən Rusiya Azərbaycan Gənclər Təşkilatının (AMOR) prezidentidir.

Onun xeyli biznes maraqları da var – hazırda o bacısı Arzu Əliyeva ilə babalarının təsis etdiyi və Azərbaycanını ən nəhəng şirkətlərindən biri olan Pasha Holdingin birgə sahibidir.

2016-cı ildə yayılan Panama sənədləri prezident İlham Əliyevin 2007-ci ildə tapşırığı ilə Azərbaycanda bir neçə qızıl yatağının işlənməsi hüququnu qazanan şirkətlərinin qızları Leyla və Arzu Əliyevaya məxsus olduğunu göstərib.

Lakin bu iddalar barədə suallara cavabında prezident sözçüsü Azər Qasımov yalnız “biznes etmək hər bir şəxsin hüququdur” deyib.

Şəxsi həyatına gəldikdə, Leyla Əliyeva 2015-ci ildə Instaqram vasitəsilə Azərbaycanlı Rus milyarder Araz Ağalarovun oğlu və pop ifacısı Emin Ağalarova 9 illik evliliyinin sona çatdığını bəyan edib.

Həmin il ekiz oğullar anası olan Leyla həmçinin valideyin himayəsindən məhrum olan qızı övladlığına götürüb.


 


Ozoda RahmonFotonun Ozoda Rahmon Tacikistan prezidentinin 9 övladından biridir

Heyət rəisi və senator

39 yaşlı Ozoda Rahmon, Tacikistanın ən uzun müddət hakimiyyətdə olan prezidenti Emomali Rahmonun qızıdır.

O, hüquqşünasdır və diplomatik karyerasına 2009-cu ildə xarici işlər naziri təyin edilməmişdən öncə başlayıb.

2016-cı ildə atası onu prezident administrasiyasının rəhbəri təyin edib və həmçinin senatda yer qazanıb.

Ozoda, Tacikistan Mərkəzi Bankının sədr müavini Camoliddin Nuraliyev ilə evlidir və onların beş övladı var.

Rahmon ailəsinin dövlət işinə sahib yeganə üzvü təkcə Ozoda deyil. Prezidentin doqquz övladından biri və onun böyük qardaşı Rüstəm, Düşənbə şəhərinin meridir və kiçik bacısı Ruxşona Xarici İşlər Nazirliyində çalışır.

Biznes və hakimiyyət üzrə digər qohumların da yüksək vəzifələri tutması, Rahmon ailəsini Tackistanın ən zəngin və nüfuzlu ailələrindən biri edib.

Mariela Castro holds a poster of a documentary that reflects her activism for LGBT rights.FotonunRaul Kastro-nun qızı Mariela

Cinsi azlıqlar dəstəkçisi

Kuba prezidenti Raul Kastronun qızı olan Mariela Kastro, ölkənin keçmiş inqilabi başçısı Fidelin qardaşı qızıdır.

“Anası, Vilma Espin qadın haqları üzrə lider sayılırdı,” BBC Mundo müxbiri Liliet Heredero deyir. “İndi isə qızı anasının yolu ilə gedir.”

1962-ci il təvəllüdlü Xanım Kastro, parlamentin üzvü olmaqla yanaşı, seksual azlıqların tanınmış dəstəkçisidir.

O, Seks Təhsili Milli Mərkəzinin (Cenesex) başçısıdır. Bu dövlət tərəfindən maliyyələşdirilən qurum Havanada yerləşir və İİV və QİÇS-in qarşısının alınması və homoseksualların hüquqları ilə bağlı məsələlər üzrə ölkədə böyük rol oynayıb.

O, 2008-ci ildə Kubada cinsiyyət dəyişdirmə əməliyyatının pulsuz aparılması ilə bağlı qanunun qəbulunda böyük rol oynayıb.

“Buna baxmayaraq o, mübahisəli fiqur kimi görülür,” Heredero deyir. “Bir çoxları onun prezidentin qızı olduğu üçün bunları bacardığını söyləyir.”

Valeria Perasso İctimai məsələlər müxbiri, BBC Dünya Xidməti

BIR CAVAB BURAXIN