Prezidentə sual ünvanlayan alman jurnalistin qeyri-peşəkarlığı (VİDEO)

0
567
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Angela Merkelin mətbuat konfransında alman jurnalist ilk sualındaca əsl “alman dəqiqliyi” nümayiş etdirdi.

Anya Köhler, “Deutsche Welle”: “Prezident Əliyev, Siz münasibətlərdə inkişafdan danışdınız. Bu yaxınlarda, müxalifət lideri İlqar Məmmədov azadlığa buraxılıb. Araşdırma aparan bir çox jurnalist, o cümlədən Əfqan Muxtarlı, həbsdə qalırlar. Buna görə, Avropa Şurası sizi tənqid edir.

İndicə istinad etdiyiniz kimi, Almaniya və Avropa İttifaqı ilə bu cür sıx iqtisadi əməkdaşlıqla, siz Avropa Şurasında Əfqanıstan kimi özünüz üzərinizə götürdüyünüz öhdəlikdən irəli gələrək, bir daha insan hüquqları standartlarına doğru addımları atmağa başlayacaqsınızmı? Söhbət zamanı Alman kansleri bu konkret hallarla bağlı sizlə danışdımı?”.

Və elə burdaca Alman maşını qəzaya uğrayır… Əgər alman mətbuatı Azərbaycanı da Əfqanıstan kimi bilirsə, onda daha sözümüz yoxdu. Bir zamanlar Leonid İliç Brejnev Azərbaycanı Əfqanıstanla səhv salmışdı, bəlkə də onun səhv etməsini birtəhər izah etmək olardı. Qoca kişiydi, çənəsi problemli idi. Amma bu adam axı qoca deyil. Çənədən də yəqin ki, boş olmamalıdır. Özü də adam iki rəhbər qarşısında çıxış etdiyini bilməmiş olmaz.

Ən azı özünə bir sual verməlidir ki, Əfqanıstan hara Avropa Şurası hara?! Bu ölkənin Avropa Şurasına nə dəxli? Və əgər Almaniya Azərbaycanı bu jurnalist xəritəni tanıdığı qədər tanıyırsa deməli problemimiz var. Bəlkə, bu suala cavab olaraq qonağımızı Azərbaycanın Tyan-Şan dağlarındakı Marianna çökəkliyindən Misirə göndərək ki, orada Dejnyovun axan burnunu silsin. Əlbəttə, öz alman keyfiyyətli dəsmalıyla!? Biz anlaylrıq ki mətbuat azad olmalıdır. Amma daha Əfqanlstana Avropa Şurası üzvü deyəcək həddə yox… Bu, artıq Azad Söz deyil boş çənədir!!!

Mənbə: Real TV

BIR CAVAB BURAXIN