Praqada təşkil olunmuş görüşlərdə ölkəmizin milli maraqları təmin olundu

0
1885

Oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilən görüş bir çox baxımdan mühüm tarixi-siyasi əhəmiyyətə malikdir. Makron və Nikol Paşinyanın bir sıra niyyətləri var idi. Onların Azərbaycana müəyyən təzyiq cəhdləri də istisna olunmurdu. Ancaq bu görüş zamanı onlar məqsədlərinə nail ola bilmədilər. Prezidentimiz cənab  İlham Əliyevin prinsipiallığı və qətiyyəti sayəsində beş saatdan artıq çəkən, iki hissədən ibarət olan görüşdə Azərbaycana qarşı təzyiq cəhdinin qarşısı alındı. Sonda isə bəyanat qəbul olundu. Azərbaycan çalışırdı ki, ərazi bütövlüyünün təmin olunmasına nail olsun və Ermənistan da bununla razılaşsın. Biz deyə bilərik ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam tanıdı. Burada ən önəmli məsələlərdən biri də odur ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi təsdiqlənib.

Praqa görüşü ümumilikdə kifayət qədər məhsuldar keçsə də, Ermənistanın baş naziri Paşinyan bu görüşdə də bəzi məqamlarla bağlı konkret mövqe ortaya qoya bilmədi. Belə ki

Azərbaycanın şərtlərini qəbul edən, rəsmi Bakı ilə sülh sazişi imzalamaqdan başqa yolunun olmadığını bilən Paşinyanın Naxçıvana dəhliz məsələsində susqunluq sərgiləməsi onun müstəqil iradəyə malik olmadığını göstərir. Bu fakt bir daha onu gösdtərir ki, Ermənistanın müstəqilliyi formaldır və bu dövlət müəyyən qüvvələr, kənar güclər tərəfindən idarə olunur.

Bu görüş və onun nəticələri Azərbaycan diplomatiyasının və şəxsən Prezident cənab İlham Əliyevin tarixi qələbəsi hesab edilə bilər. Prezidentimiz bir daha xatırlatdı ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Əlbəttə, bu da çox ciddi mesajdır. Separatçı əhval-ruhiyyədə olan insanlar ya Azərbaycanın vətəndaşlığını qəbul etməli, ya da torpaqlarımızdan çıxmalıdırlar.

 

Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktor əvəzi- Kəmalə Məmişova