Poroşenko özünü “Krım tatarı” adlandırdı

0
634

Ukrayna prezidenti Petro Poroşenko bu gün Krım tatarlarının deportasiyalarının növbəti ildönümünə həsr olunmuş xatirə tədbirində çıxış edib.

Virtualaz.org bildirir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

“Bu gün bizim böyük həmrəylik günümüzdür. Mən-Krım tatarıyam”, – deyə P.Poroşenko bəyan edib.

Prezident qeyd edib ki, “deportasiya olunanlarla bağlı sənədləri oxuyarkən, onların hansı müsibətlərdən keçdiyini görəndə, az qalır adamın damarlarında qanı donsun”.

Xatırladaq ki, 1944-cü ildə Stalinin əmri ilə yüz minlərlə tatar – bu yarımadanın əsl tarixi sakinləri Krımdan deportasiya olunub.

2014-cü ildə Krımın Rusiya tərəfindən işğal edilməsindən sonra tatarların hüquqları yenidən pozulmağa başlayıb və minlərlə insan Vətənini tərk etmək məcburiyyətində qalıb

Xatirə günü isə Krım Ali Sovetinin qərarı ilə 1994-cü ildə təsis olunub.

BIR CAVAB BURAXIN