Poroşenko: 31 il ana dilində danışmadım

0
603

Ukrayna prezidenti Pyotr Poroşenko 31 il ana dilində danışmadığını səmimi şəkildə etiraf edib.

Arazinfo.com-un Rusiya mətbuatına  istinadən verdiyi məlumata görə, Poroşenko tələbələrlə görüşündə ana dilini bilməyin vacibliyini və onu qorumağın müqəddəs bir iş olduğunu söyləyib. O rus dilindən Ukrayna dilinə keçməyin  və bu dildə danışmağın heç də çətin bir iş olmadığını söyləyərək buna misal kimi özünü göstərib: ” Mən gizlətmək istəmirəm, 31 il ana dilimdə danışmamışam. Yalnız 1997-ci ildə ana dilimi öyrənməyə başladım və gördüyünüz kimi bu dildə çox sərbəst şəkildə öz fikirlərimi izah edə bilirəm. Halbuki mən anadan olduğum kənddə Ukrayna və rus dillərinin qarışığı ilə danışırdılar. Mən isə danışıq dili kimi yalnız rus dilini seçmişdim”.