Porno film ulduzu Brittni De La Mora bir rahiblə evlənib.
Cütlük toydan sonra işlərini tərk edərək dindar həyat tərzi sürməyə başlayıb.
Porno film sənayesində “Jenna Presley” adı ilə tanınan 31 yaşlı Brittni bir rahiblə evləndikdən sonra işini tərk edərək dindar həyat tərzi sürməyə başlayıb.
Porno ulduzun əri də evləndiyi üçün rahiblikdən çıxmaq məcburiyyətində qalıb.
Mora bildirir ki, bu günə qədər 375 porno filmə çəkilib və ayda 30 min dollar qazanıb. Porno sənayedə olduğu dövrdə narkotik maddə aludəçisi olub və intihara cəhd edib. 2012-ci ildən kilsəyə gedib və həyatı dəyişib. İncil oxumağa başlayıb və narkotik maddədən istifadə etməyib.
Kilsədə rahib Riçardla tanış olub və ailə qurub. Porno ulduz əri ilə iki kitab yazıb və porno sənayedə işləyənlərə İncil oxumağı məsləhət görüb. (ölkə.az)