Polşadakı ABŞ hərbi bazası Rusiyanın təhlükəsizliyini təhdid edəcək

0
614

Polşada ABŞ hərbi bazasının yaradılması planının reallaşdırılması Rusiyanın təhlükəsizliyini təhdid altına alacaq.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu sözləri RİA Novosti agentliyinə açıqlamasında Rusiya Xarici işlər nazirinin müavini Alkeksandr Qluşko deyib. O bildirib ki, belə bir addımın atılması ABŞ və müttəfiqlərinin “Soyuq müharibə”dövrünə yenidən qayıtmaları demək olacaq.

Qluşko həmçinin Polşada ABŞ hərbi bazasının yerləşdirilməsinin Rusiya- NATO aktına zidd olduğunu da deyib Rusiya-ABŞ aktında belə bir addımın atılması yolverilməz hesab edilir.

Qluşko: “Biz belə hesab edirik ki, Polşada ABŞ hərbi bazasının yerləşdirilməsi bölgədə gərginliyin daha da artmasına gətirib çıxaracaq”,-deyib.

Diplomat Rusiyanın məsələ ilə bağlı cavab addımları atacağını da xüsusi vurğulayıb.

 

 

BIR CAVAB BURAXIN