Polis xəstəxanada həkimi döydü

0
643

Mingəçevir Mərkəzi Xəstəxanasında döyülmə hadisəsi baş verib.

Report-un xəbər verir ki, hadisə xəstəxananın Acil şöbəsində qeydə alınıb.

Şəxsiyyəti hələlik məlum olmayan polis əməkdaşı xəstəxananın Acil şöbəsinə gələrək növbətçi həkim Elşən Kazımovu vurub. Lakin hadisənin böyüdüyünü görən polis əməkdaşı sonradan həkimin yanına gələrək ondan üzr istəyib və etdiyi hərəkətdən peşman olduğunu bildirib.

Məlum olub ki, həkimə qarşı kobudluq edən gənc polis əməkdaşı Acil şöbəsinə gətirilmiş 1959-cu il təvəllüdlü Ağdam rayon sakini Həsənov Mübariz Niyazi oğlunun övladıdır. O, hazırda paytaxtda polis əməkdaşı kimi xidmət edir.

Xəstəxanadan bildirilib ki, uzun müddət Dövlət Yol Polsi sıralarında çalışmış M.Həsənov bir neçə həftə öncə infarkt diaqnozu ilə Mingəçevir xəstəxanasına gətirilib. Xəstə Dövlət İcbari Tibbi Sığorta Agentliyinin təşəbbüsü ilə Gəncə Mərkəzi Klinikasına köçürülərək orada əməliyyat olunub və ona üç stend qoyulub. Daha sonra səhhəti normallaşan xəstə evə buraxılıb. Bu gün isə Mübariz Həsənov şəkərində yaranmış problemlə bağlı yenidən Mingəçevir xəstəxanasına gətirilib.

Yuxarıda qeyd olunan hadisə məhz bundan sonra baş verib.

Faktla bağlı arşdırma aparılır

BIR CAVAB BURAXIN