Yanvarın 9-da Ankarada parlament binasının qarşısında etiraz aksiyası keçirilib.
Aksiyaçılar parlament sisteminin prezident idarəçiliyi ilə əvəz olunmasını nəzərdə tutan konstitusiya düzəlişlərinə qarşı çıxıblar.
Amma polis dərhal aksiyanı dağıdıb.
Aksiyanı müxalifət partiyaları, qeyri-hökumət təşkilatları və hüquqşünaslar asosasiyasının üzvləri təşkil ediblər.
Onlar prezident Racep Tayyip Erdoganın səlahiyyətlərinin genişləndirilməsinə qarşı çıxıblar.
Hazırda ölkə parlamentində bu məsələyə baxılır.
Müzakirələrin 2 həftə sürəcəyi gözlənilir.
Əgər parlament düzəlişləri qəbul etsə, apreldə məsələ ümummilli referenduma çıxarılacaq.