Pol Qoskoynun vəziyyəti ağır olaraq qalmaqda davam edir

0
637

 

 

İngiltərə yığma komandasının keçmiş yarımmüdafiəçisi, məşhur futbolçu Pol Qoskoyn xroniki içki düşkününə çevrilib. Bu da onun səhhətində tez-tez problemlərin çıxmasına və onun mütəmadi olaraq xəstəxanaya düşməsi ilə müşayiət olunmaqdadır. Ötən gün spirtli içki qəbul etməsindən sonra yenidən səhhətində problemlər yaşanan Qoskoynu ağır vəziyyətdə   xəstəxanaya aparıblar. Qoskoynu müdafiə edən həkimlərin “Mirror” qəzetinə verdikləri məlumata görə, keçmiş futbolçunun vəziyyəti ağırdır və içkidən əl çəkməyəcəyi halda onun həyatını xilas etmək mümkün olmayacaq. Xatırladaq ki, Qoskoyn İngiltərə yığmasında 57 oyunda meydana çıxıb və rəqib qapılarından 10 top keçirib. O, 1996-cı ildə keçirilən Avropa çempionatında İngiltərə yığmasının heyətində bürünc medala layiq görülüb. 2002-ci ildə Qoskoynun adı İngiltərə futbolunun Şərəf zalında həkk edilib.

BIR CAVAB BURAXIN