Əsas qərargahı Boluda olan Türkiyə Silahlı Qüvvələri komandos diviziyasının komandanı, general İsmail Güneşer həbs edilib. Bu xəbəri “Hürriyyet” qəzeti verib. Məlumata görə, İ.Güneşer polis tərəfindən PKK terrorçularına qarşı əməliyyatların aparıldığı Hakkari vilayətinin Şemdinli rayonunda həbs olunub. Boluda generalın evində axtarış aparılıb. Qeyd edək ki, İsmail Güneşer PKK-ya qarşı antiterror əməliyyatına rəhbərlik edirdi.