PİYADALARA QARŞI CƏRİMƏ ARTIRILIR! – 20-dən 100 manata

0
648

yol-polisi-piyadalara-muraciet-etdi

Azərbaycanda bəzi piyadalara qarşı cərimələr daha da sərtləşdirilir. Avtosfer.az-ın məlumatına görə, piyadaların yol verdiyi qayda pozuntularının hamısı artıq eyni cəza ilə bitməyəcək. Belə ki, daha təhlükəli qayda pozuntusuna yol verən piyadaların cəriməsi də ağır olacaq.

Ötən ilin sonlarında yollardakı dəmir və beton arakəsmlərin üzərindən keçib yolun hərəkət hissəsinə çıxan piyadaların həbs olunması ilə bağlı Milli Məclisə göndərilən qanun layihəsi dəyişdirilib. Əldə etdiyimiz məlumata görə, layihənin ilkin variantında betan və dəmir arakəsmələrin üzərindən tullanıb yolu keçənlərin 15 günədək inzibati həbs cəzası ilə cəzalandırılması təklif olunurdu. Lakin bu təklif məqbul sayılmadığı üçün başqa cərimənin tətbiq edilməsi təklif olunur. Belə ki, həmin qayda pozuntusuna görə piyadalar həbs olunmayacaq. Onlar 100 manat məbləğində cərimə ediləcəklər.

Layihənin Milli Məclisə göndərildiyi və yaz sessiyasında müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, son vaxtlar yol qəzalarının sayında artım müşahidə olunur. Ölümlə nəticələnən qəzaların yarıdan çoxunu piyadavurmalar təşkil edir. Təkcə Bakı şəhərində ümumi yol qəzalarının 60 faizə yaxını piyadavurmalarla bağlıdır.

Hazırda İnzibati Xətalar Məcəlləsində piyadalara qarşı 4 maddə ilə inzibati protokol tərtib olunur. Onların da hər birinin cəriməsi 20 manatdır.

BIR CAVAB BURAXIN