Petrosyanın “Qarabağı qaytaraq” tələbi gündəmdə

0
727

 


“Ermənistan milli konqresi” partiyası Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı partiyanın lideri Levon Ter-Petrosyanın əvvəlki mövqeyini dəstəkləyir.

Bu barədə partiyanın mətbuat katibi Arman Musinyan deyib.

Onun sözlərinə görə, “Erməni milli konqresi” Ter-Petrosyanın 2016-cı ilin 17 dekabrında keçirilən partiya qurultayında münaqişənin həlli ilə bağlı irəli sürdüyü təklifi ən unikal variant hesab edir.

Qeyd edək ki, Ter-Petrosyan qurultayda çıxışı zamanı Ermənistanın düşdüyü acınacaqlı vəziyyətdən xilas olması üçün Qarabağ münaqişəsinin sürətli həllinin vacib olduğunu açıqlamışdı.

“Təhlükəsizliyin təmini, iqtisadi inkişaf və Ermənistanda demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün Qarabağ münaqişəsi həll olunmalı, eləcə də Türkiyə ilə münasibətlər normallaşmalıdır. Danışıqlar masasında faktiki olaraq 1997-ci ildəki güzəştli nizama salınma variantı mövcuddur. Əgər biz o zaman buna nail olsaydıq, bu illər ərzində çəkdiyimiz əzablar və itkilərlə qarşılaşmazdıq. Heyfslənirəm ki, mənim bəzi həmkarlarım bu sadə həqiqətləri vaxtında başa düşmədilər və biz münaqişənin həlli üçün ən əlverişli anı itirdik”, – deyə Petrosyan qeyd etmişdi.Publika.az

 

BIR CAVAB BURAXIN