Peşəkar vəkilin ikinci kitabı nəşr olunacaq

0
1557

Azərbaycanın peşəkar vəkillərindən olan Adəm Məmmədovun ikinci kitabı nəşr olunacaq. 

Bu barədə vəkil-yazıçı Adəm Məmmədov Qanunla.Az-a açıqlama verib. Onun bildirdiyinə görə, “Oğurlanmış adam” adlı yeni detektiv romanında əsasən ölkəmizdə məhkəmə hüquq sisteminin və istintaqın hansı vəziyyətdə olduğu real faktlarla əks olunur. Adəm Məmmədov həmçinin deyib ki, “Romanda insan taleleləri, sevgi-məişət dramı və hüquq cameəsinin pərdəarxası məqamları da nümayiş etdirilir.”

Qeyd edək ki, bundan əvvəl vəkilin  “Qətlin sonu” adlı detektiv romanı nəşr olunub və vəkil-yazıçının ilk kitabı oxucular tərəfindən böyük maraqla qarşılanıb, bir neçə dəfə imza günləri təşkil edilib.