Pentaqon: “Astanadakı Suriya danışıqları səmərəsizdir”

0
642

Astanadakı  Suriya danışıqları səmərəsizdir. APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqon rəhbəri Ceyms Mettis bildirib.

“Astanadakı danışıqlar səmərəsizdir. Çoxlu səylər göstərilib, amma nəticəsi çox cüzidir. İndi əsas rol Cenevrəyə keçib, burada mühüm səylər BMT-nin xüsusi nümayəndəsi Staffan de Mistura tərəfindən göstərilir”, – deyə Pentaqon rəhbəri bildirib.

Bundan əvvəl Ağ Ev bəyan edib ki, BMT çərçivəsində Suriya üzrə Cenevrə prosesi bu ölkənin siyasi gələcəyinin müzakirəsi üçün yeganə legitim meydançadır

BIR CAVAB BURAXIN