Paulu Fonseka: “Ölkə çempionu olmaq Şaxtyorun əsas məqsədidir”

0
694

Paulu Fonseka: “Ölkə çempionu olmaq Şaxtyorun əsas məqsədidir”

 

Mirça Luçeskunun istefasından sonra Donetskin “Şaxtyor” komandasına baş məşqçi təyin edilən Paulu Fonseka komandası ilə bağlı “Seqodnya” ( “Bu gün”) nəşrinə müsahibə verib. O müsahibəsində qeyd edib ki, “Şaxtyor”un əsas məqsədi ölkə çempionu titulunu yenidən qazanmaqdır. Fonseka xatırladıb ki, son iki iləd Donetsk komandası Ukrayna çempionu ola bilmir: “Qarşıda bizi gərgin və çətin oyunlar gözləyir. Bu müstəvidə də ölkə çempionu olmaq “Şaxtyor”un əsas məqsədidir. Bununla belə biz bütün turnirlərdə qalib gəlməyi də planlaşdırmışıq. Ona görə də futbolçularımız hər oyunda sona kimi mübarizə aparmalıdırlar”.

“Şaxtyor”un yeni transferlərə ehtiyacı olub-olmmması ilə bağlı suala cavabında isə Paulu Fonseka hələlik buna ehtiyac duyulmadığını bildirib. Bununla belə Fonseka istənilən an hansısa movqeyi gücləndirmək üçün oyunçu transfer edə biləcəyini də istisna etmədiyini vurğulayıb. O eyni zamanda ənənəyə uyğun olaraq kluba böyük gəlirlər gətirən və güclü klubların diqqət mərkəzində olan oyunçuların satıla biləcəyini də vurğulayıb.

Qeyd edək ki, “Şaxtyor”un yeni baş məşqçisi əslən Portuqaliyadandır. O Portuqaliyanın müxtəlif komandalarında mərkəz müdafiəçisi qismində top qovub. Karyerasını başa vurandan sonra Fonseka Portuqaliyanın müxtəlif komandalarını, o cümlədən məşhur “Porto” və “Braqa” klublarını çalışdırıb.

BIR CAVAB BURAXIN