Türkiyə hökuməti ABŞ-dan alınacaq “Patriot” zenit-raket komplekslərinə S-400-lərin alternativi kimi baxmır.
Arazinfo.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə mətbuata açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın deyib. Onun sözlərinə görə, Türkiyə özünün təhlükəsizliyini daha etibarlı şəkildə təmin etmək üçün müasir silahlar almaqda davam edəcək: “Türkiyə özünün müdafiə qabiliyyətini möhkəmləndirməkdə davam edir. Bu müstəvidə də ABŞ-dan alacağımız “Patriot” zenit-raket kompleksləri S-400-ləri almağımıza mane olmayacaq. Biz bu iki kompleksə biri-birinin alternativi kimi baxmırıq”.