Pasiyentləri öldürən klinikalar

0
686
2017-ci il həm də xəstəxanalarda mətbuata sızan pasiyent ölümləri və həkim səhvi nəticəsində dünyasını dəyişmişlərin yaxınlarının mətbuatda işıqlandırılan şikayətləri ilə yadda qaldı. Bəli, məhz “sızan”. Çünki özəl və dövlət klinikalarında əməliyyat zamanı və ya həkim səhlənkarlığı ucbatından ölüm halları baş versə də, bu barədə məlumatlar mətbuatdan və ictimaiyyətdən gizlədilir. Xəstə yaxınları mətbuata şikayət etməzsə, heç bir klinika pasiyent ölümü barədə könüllü açıqlama yaymır.
Medicina.az 2017-ci ildə adı pasiyent ölümündə ən çox hallanan özəl klinikaların TOP 5-liyini hazırlayıb
Siyahıya məşhur “Grand hospital” liderlik edir.
1.“Grand hospital” – bu il 2 pasiyent ölümü və əməliyyat zamanı pasiyentin itirilməsi faktı ilə gündəmə düşdü.
-20 yaşlı Ayşən Mirzəyevanın damarın hemangioması əməliyyatı zamanı beyninə yad cisim getməsi nəticəsində ölməsi ölkə gündəmini çalxaladı. Mərhumun yaxınları həkimdən şikayət etdilər və indiyə kimi də ədalətin bərpa olunmasını gözləyirlər.
-Daha sonra 1962-ci il təvəllüdlü Nurağa Qasımovun ürək əməliyyatından sağ çıxmadığı faktı qeydə alındı.
-Digər bir fakt: Sumqayıtdan ağır vəziyyətdə ürək əməliyyatı üçün “Grand hispotal”a gətirilən Paşayev Bəradərin yaxınlarından əməliyyata görə yüksək məbləğ tələb olunmuşdu. Təxminən 5000 manata başa gələcək əməliyyata pul tapmayacaqları üçün yaxınları xəstəni başqa yerə aparmaq istəsələr də, bunun üçün də pul tələb olunmuş və anlaşılmazlıqlar yaranmışdı. Bu hadisə ilə bağlı Paşayev Pərvin “xəstəmizi girov saxladılar” məzmunlu şikayətlə mətbuata çıxmışdı. Xəstə sonradan başqa klinikaya aparıldı.
-10 aylıq Zəhranın ölümlə üz-üzə qalmasında da valideynlər  “Grand hospital”ı günahlandıraraq mətbuata şikayət etmişdilər. Belə ki, 39-40 dərəcə qızdırma ilə klinikaya gətirilən uşağın analizlərinin laboratoriya cavabında ciddi infeksiya olmadığı bildirilib. Lakin körpənin qızdırması düşməyib, başqa klinikada verilən analizdə uşaqda “steflakok” mikrobu aşkarlanıb. Valideyinin sözlərinə görə, klinikanın reklamına inanaraq, yaxşı olduğunu düşünüb, uşağı bura gətiriblər.
2.Elmed klinika – 2 böyük qalmaqal yaşadı. Müğənni Nazim Pişyarinin uğursuz əməliyyatı və ölümdən dönməsi aylarla gündəmdən çıxmadı. Öd kisəsindən 4 dəfə əməliyyat olunan sənətçi yarımcan halda Türkiyədə yenidən əməliyyat edildi və səhv diaqnoz qoyulması və yanlış əməliyyat olunması ilə bağlı hüquq mühafizə orqanlarına şikayət etdi. Daha sonra Elmed klinikanın və həkim Elman Əzimovun əmlakı üzərinə həbs qoyuldu. Lakin məhkəmə prosesində qərar Nazim Pişyarinin xeyrinə olmadı. Müğənni hələ də həkimdən 60 000 dollar pulunun qaytarılmasını tələb edir.
-Elmed klinikasında estetik əməliyyat olunan Məfluqə Rüstəmovaəməliyyatdan bir neçə gün sonra dünyasını dəyişdi.
-İl boyu Elmedlə bağlı ara-sıra pasiyent şikayətləri və narazılıqları da mətbuata sızmaqda idi.
3.Zəfəran Hospital – iranlı estetik cərrah Sirus Qoçhaninin liposaksiya əməliyyatı etdiyi 22 yaşlı Leylanın ölümü uzun müddət ölkə gündəmində oldu. Mərhumun anasının şikayət etmədiyi rəsmi qurum və instansiya qalmadı.
4.Leyla Şıxlınskaya klinikası – bu ilin sentyabr ayında 31 yaşlı qadın doğuş zamanı dünyasını dəyişib. Ümumiyyətlə bu il Leyla Şıxlınskaya klinikasının adı yeyinti qalmaqalı ilə bağlı məhkəmə proseslərində hallanıb.
5.MedEra klinikası – bu ilin dekabr ayında 1977-ci il təvəllüdlü Anar Hümbətovun sol çiyin nahiyəsində əməliyyatı zamanı ürəyi dayanıb. Həkimlər onun həyatını xilas edə bilməyib. Yaxınları xəstənin ölümündə həkimi gühanlandırıb.
İl ərzində doğuş və qeysəriyyə zamanı baş verəna ana və körpə ölüm halları da kifayət qədər çoxluq təşkil edib.
Bütün bu faktlarla bağlı prokurorluqda Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işləri açılıb.
Aygün Musayeva

BIR CAVAB BURAXIN