Bu gün Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri başlayır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Arazinfo.com-a verilən məlumata görə, səfər şərçivəsində iki ölkə arasında hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər məsələlər müzakirə ediləcəyi gözlənilir. Pakistanlı generalın Azərbaycanın müdafiə naziri və digər yüksək səviyyəlidövlət rəsmiləri ilə görüşləri planlaşdırılib.