Pakistanda 200-dən çox polis kursantı silahlı şəxslər tərəfindən girov götürülüb. Bu barədə “Sinxua” agentliyi xəbər yayıb.
Məlumata görə, hadisə ölkənin cənub-qərbindəki Kvett şəhərində baş verib. Belə ki, bir qrup silahlı şəxs polis kollecinə basqın edib.
“Dawn” qəzeti isə hadisə zamanı 7 polis əməkdaşının yaralandığını xəbər verib.
Silahlı şəxslərin hansı qruplaşmanın üzvləri olduğu hələlik məlum deyil.