PA rəsmisi Venesiya Komissiyasının rəyini Azərbaycana qarşı “siyasi sifariş” adlandırdı

0
756

“Venesiya Komisssiyası Azərbaycanda Referendum Aktı haqda rəy hazırlayarkən prosedur qaydalarını kobud şəkildə pozub”.

Bu barədə Prezident Adminsitrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Venesiya Komissiyası ilə indiyə qədər əməkdaşlıq edib: “Hansısa məsələdə fikir ayrılığımız olsa da, bir-birimizin fikirlərinə hörmətlə yanaşmışıq. Venesiya Komisssiyasının hər-hansı məsələyə üç aydan tez rəy bildirdiyini xatırlamıram. Adətən hansısa qanun layihəsi haqda rəy hazırlayarkən, Komissiya bunu Azərbaycan tərəfinə göndərir, qarşı tərəfin fikirləri öyrənildikdən sonra dərc olunurdu. Amma Komissiya Referendum Aktı haqda rəy hazırlayarkən prosedur qaydalarını kobud sürətdə pozub”.

Ş. Əliyev bilddirib ki, Venesiya Komissiyasının rəyi sentyabrın 6-da AŞPA sədrinin sorğusu əsasında hazırlanıb: “Rəy cəmi iki həftə ərzində Azərbaycan tərəfinin dinlənilmək hüququ əlindən alınaraq hazırlanıb. Rəydə bildirilir ki, Referendum Aktının müzakirəsi üçün 60 gün kifayətdir. Lakin 29 dəyişikliyə 14 gündə də rəy hazırlamaq mümkündür. Komissiyasının rəyində ciddi dıqiqsizlik və kobud səhvlər var. Misal üçün, rəyin 25-ci bəndində Azərbaycan Konstitutsiyasının 159-cu maddəsinə istinad edilir. Halbuki konsttitusiya cəmi 158 maddədən ibarətdir”.

PA rəsmisi qeyd edib ki, Komisssiyanın rəyində insan hüquqları ilə bağlı dəyişikliklər təqdir olunur.

“Lakin narazılıqlar icra hakimiyyətinin möhkəmləndirilməsi ilə bağlıdır. Söhbət Referendum Aktı qəbul olunacağı təqdirdə təsis olunacaq vitse-prezident institutundan gedir. Rəydə deyilir ki, prezident səlahiyyətlərini icra edə bilməyəcəyi təqdirdə, ölkənin vitse-prezident tərəfindən idarə edilməsi demokratik standartlara uyğun deyil. Əgər bizim hüququmuz pozulmasaydı və müzakirə keçirilsəydi sual verə bilərdik ki, bu demokratik standart harada yazılıb, hansı beynəlxalq sənəddə əks olunub. Belə bir standart yoxdur. ABŞ-da prezident səlahiyyətlərini vitse-prezident icra edə bilər, əgər vitse-prezident də icra edə bilmirsə, o zaman təyinatla oilan nazirlər idarəçiliyi ələ alır. Necə olur bu, demokratik standartlara uyğun gəlir?!”

PA rəsmisi qeyd edib ki, Komissiyanın rəyində Nazirlər Kabinetinin islahatların lokomotivinə çevrilə bilmədiyi barədə mətbuatda dərc olunan tənqidlərə də toxunulub: “Nazirlər Kabineti hər ay dəyişən iqtisadi vəziyyətdə, hər ay dəyişən maliyyə siyasətində aparıcı rol oynaya bilməyib. Çünki Nazirlər Kabinetinin institusional quruluşu, iş fəaliyyəti bu cür iş fəaliyyəti üçün nəzərdə tutulmayıb. Çevik qərar qəbul edən institutun olması günün tələbidir”.

Ş. Əliyevin Venesiya Komissiyasının digər narazılığının prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsi ilə bağlı olduğunu deyib.

“Bu, günün tələbidir. Parlamentin fəaliyyətində də pat situasiyası yarana bilər. Mətbuatda da vurğulanıb ki, bir sıra hallarda prezidentin parlamentə göndərdiyi qanun layihələri parlamentdə qəbul edilməyib. Lakin dünya təcrübəsi fərqli situasiyalar da var. Misal üçün, Fransa prezidenti parlamenti çox asanlıqla buraxa bilər. Digər irad prezidentin səlahiyyt müddətinin 7 il olması ilə bağlıdır. Bu da dünya təcrübəsində var. Prezidentə növbədənkənar prezident seçkiləri təyin etmək səlahiyyətinin verilməsinə də irad bildirir. Prezidentin özünəinam votumu ilə bağlı səlahiyyəti olmalıdır. Venesiya Komissiyasının rəyi ilə tanış olan hər kəsdə bunun siyasi sifariş olduğu qənaəti yaranır. İki həftəyə bu dəyişikliklərə rəy vermək mümkün deyildi. AŞPA sədri yalnız referenduma 20 gün qalmış Venesiya Komissiyasına müraciət edib. Mən bunu siyasi sifariş kimi qiymətləndirirəm. Avropa Parlament Assambleyasında müxtəlif ölkələrin deputatları var. Çox güman ki, bu sifariş həmin deputatlarla bağlıdır”, – deyə o bildirib.

Virtualaz.org

BIR CAVAB BURAXIN