PA: Azərbaycandan Avropa Məhkəməsinə 200-dən çox şikayət göndərilib

0
605

Azərbaycan bu il aprelin əvvəlində Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlarla bağlı Avropa İnsan Haqları Məhkəməsinə 200-dən çox şikayət ərizəsi göndərib.

Bu barədə “Report”a Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov məlumat verib.

O bildirib ki, bu proses davam edir, növbəti müddətdə də şikayətlər göndəriləcək.

Xatırladaq ki, bu il 2-5 aprel döyüşləri zamanı erməni tərəfi Azərbaycanın 500-dən artıq mülki və sosial obyektinə ziyan vurub, azərbaycanlı hərbçilərin meyitlərinin üzərində qeyri-insani rəftara yol verib və s. hərəkətlər edib.

BIR CAVAB BURAXIN